Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Füzuli yaşayış kompleksinin 2023-cü ilin sonunadək təhvil verilməsi planlaşdırılır - ŞƏKİL

Tarix: 07-05-2023 17:33     Baxış: 3242 A- / A+

Füzuli yaşayış kompleksinin inşası Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinə tapşırılıb və mayın 5-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli yaşayış kompleksində tikinti işlərinin gedişi ilə tanış olublar.

Manevr.az
xəbər verir ki, bunu Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mətbuat katibi Diana Dadaşova bildirib.Diana Dadaşova deyib ki, ümumi sahəsi 8.9 hektar olan yaşayış kompleksi 38 binadan ibarətdir: “Bununla yanaşı 4, 5, 6 və 7 mərtəbəli binalardan ibarət olan yaşayış kompleksində ümumilikdə 846 mənzil olacaq. Bu mənzillərdən 318-i iki otaqlı, 430-u üç otaqlı, 98-i isə dörd otaqlı olacaq. Hazırda kompleksdə tikinti işləri surətlə və keyfiyyətlə davam etdirilir. Birinci məhəllədə tikinti işlərində dəmir-beton konstruksiyaların quraşdırılması işləri başa çatıb. Eyni zamanda ikinci məhəllədə yerləşən altı binada dəmir-beton konstruksiyaların quraşdırılması işləri yekunlaşmaqdadır. Paralel olaraq birinci məhəllədə yerləşən altı binada xarici və daxili divarların hörgüsü və suvaq işləri tamamlanma mərhələsindədir. Bununla yanaşı qalan binalarda da dəmir-beton konstruksiyaların quraşdırma işləri davam etdirilir və bu binaların çoxunda hörgü və suvaq işlərinin həyata keçirilməsinə başlanılıb. 2023-cü ilin sonunadək kompleksin təhvil verilməsi planlaşdırılır. Kompleksdə yerləşən bütün mənzillər tam təmirli olacaq. Mətbəx mebeli, qaz piltəsi, su, qaz və elektrik sayğacları ilə təchiz ediləcək. Eyni zamanda binalarda lift quraşdırılacaq, həmçinin mərkəzləşdirilmiş qazanxana sistemi vasitəsilə istiliklə təmin ediləcək. Yaşayış kompleksinin ərazisində binalarla yanaşı yeraltı və yerüstü dayanacaqlar, sosial məişət obyektləri, uşaq oyun və idman meydançaları istifadəyə veriləcək”.apa

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar