Xəbər lenti
Azərbaycan Ordusunda silah və hərbi texnika yay mövsümünə hazırlanır - VİDEO

Manevr.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Hərbi hissələrdə əvvəlcə şəxsi heyətlə nümunəvi dərslər keçirilərək mövsümi xidmət qaydaları izah edilib.
Silah və texnikanın, o cümlədən aviasiya vasitələrinin yay mövsümündə fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə bütün hərbi hissələr mərkəzləşdirilmiş qaydada yanacaq-sürtkü materialları, eləcə də digər zəruri ehtiyat hissələri və avadanlıqlarla tam təmin edilib.Hərbi hissələrdə fəaliyyət göstərən texniki xidmət məntəqələrində iqlim şəraitinin xüsusiyyətləri də nəzərə alınmaqla texnikalara planlı şəkildə mövsümi qulluq göstərilir, elektrik sistemlərinin vəziyyəti yoxlanılır. Həmçinin şəxsi heyətə yay şəraitində texnikanın istismarı qaydaları və təhlükəsizlik tələbləri çatdırılır.
Qeyd edək ki, silah və texnikanın yay dövründə fasiləsiz və dayanıqlı istismara hazırlığı hərbi hissələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılmasına xidmət edir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar