Xəbər lenti
Ərdoğan Qarabağdan yazdı:“Bütün imkanlarımızla...”
“Liviyada, Suriyada, 30 ildən sonra işğaldan azad edilən Qarabağda olduğu kimi lazım olanda bütün imkanlarımızla qardaşlarımızın yanında olacağıq”.
Manevr.az bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdə yazıb.
O bildirib ki, Türkiyə siyasi, diplomatik və hərbi gücü ilə terror təşkilatlarına qətiyyətli zərbələr endirir, dünyanı onların başına dar edir: “Ölkəmiz 3 qitənin geosiyasi mərkəzi olmasına baxmayaraq, uzun illər təkvektorlu xarici siyasət kursu ilə idarə edilib. Amma biz diplomatlarımızın da səyləri nəticəsində inamlı, təşəbbüskar və humanist xarici siyasət kursu ortaya qoyduq”.
R.T.Ərdoğan vurğulayıb ki, Türkiyənin xaricdəki diplomatik nümayəndəliklərinin sayı 163-dən 260-a yüksəlib: “Biz dünyann ən geniş diplomatik əlaqələrinə sahib 5 ölkədən biriyik. Soydaşlarımıza və xaricdə yaşayan 7 milyon insana qucaq açmışıq.
Rusiya və Ukrayna arasında əsir mübadiləsi və Ukrayna taxılının dünya ölkələrinə çatdırılması üçün “Taxıl dəhlizi”nin yaradılması kimi anlaşmalarla regional böhranların həllinə töhfə veririk.
Tarixi şanlı zəfərlərlə dolu olan bir ölkə olaraq beynəlxalq sistemdə layiq olduğumuz yerə doğru gedirik. Daxili siyasətimizin idarə olunmasına, milli iradəmizə müdaxiləyə icazə verməyəcəyik. Türkiyənin yaradılmasının yüz ilində, inşallah, bütün bu diplomatik uğurları zirvəyə qaldıracağıq”.

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar