Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Xankəndidə qapalı toplantının detalları: Çaxnaşma başladı, Araik və dəstəsi qaçmaq istəyir

Tarix: 24-04-2023 10:23     Baxış: 3232 A- / A+

Azərbaycan Dövlət Sərhəd Xidməti Laçın yolunda nəzarət-keçid məntəqəsi qurmasından sonra Xankəndidəki separatçılar çıxılmaz vəziyyətə düşdüklərini qəbul ediblər.

Manevr.az 
xəbər verir ki, terrorçu dəstənin başçısı Araik Arutyunyanın dünən təcili olaraq keçirdiyi toplantıda düşdükləri vəziyyət müzakirə olunub.

Toplantıdan sonra qondarma rejim bəyanat yayaraq, Rusiyadan onları xilas etmələrini xahiş etdilər, eləcə də BMT-yə müraciət etməklə, beynəlxalq müstəvidə yardım əldə etməyə çalışdılar. Lakin erməni mənbələr Araikin keçirdiyi qapalı toplantıda separatçıların hər şeyin sona çatdığı reallığını qəbul etdiklərini yazır.

Məlumatlara görə, toplantıda bundan sonra nə edə biləcəkləri müzakirə olunub və müxtəlif fikirlər irəli sürülüb.

1. Bakının reinteqrasiya təklifini qəbul etmək: lakin bu fikir böyük ölçüdə rədd edilib, çünki toplantı iştirakçılarının hamısı Azərbaycan qanunvericiliyini pozan şəxslərdir və həbs ediləcəklərini anlayırlar;
2. Azərbaycanla müharibə aparmaq və bununla həm də birgəyaşayışın mümkün olmadığını, reinteqrasiyanın baş tutmayacağını beynəlxalq ictimaiyyətə göstərmək, həmçinin, separatçıların “tərəf” olduğunu nümayiş etdirmək: bu fikir daha çox dəstək əldə edib, hərçənd, separatçılar Rusiyanın mövqeyini anlamaqda çətinlik çəkirlər. Çünki mövcud situasiyada Moskva onları müdafiə edə bilmir və daha çox Bakının istəkləri nəzərə alınır;
3. Diplomatik müstəvidə “mübarizə aparmaq”: sonda bu qərar üzərində dayanılıb və beynəlxalq ictimaiyyətdən dəstək əldə etmək məqsədilə addımlar atılması razılaşdırılıb, lakin bunun da nəticə verəcəyi gözləntisi azdır.

Erməni mənbələr yazır ki, Xankəndidəki qapalı toplantıda yekun qərar verilməyib. Araik başda olmaqla separatçı dəstənin başçıları konkret nə edəcəklərini bilmirlər. Bir çoxu xilas olmaq üçün qaçmaq haqda da düşünürlər. Separatçıların əsas qorxularından biri də erməni əhalisinin tədricən Azərbaycan vətəndaşlığını qəbul etməsi və onlara etiraz etməyə başlamasıdır.

Hazırda Xankəndidə ciddi çaxnaşmanın olduğu haqda məlumatlar var.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar