Xəbər lenti
"Bakı gözləniləni etdi, inqilabi addım atıldı..." - Diqqətçəkən Xankəndi detalı
Manevr.az xəbər verir ki, Laçın-Xankəndi yolunun başlanğıcında (Ermənistanla sərhəddə) sərhəd-buraxılış məntəqəmizin qurulmasını teleqraf.com-a şərh edən politoloq Qabil Hüseynli belə deyib.
Ekspertin fikrincə, bununla Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün mühüm addım atılıb:
“Bunu inqilabi addım, dərin keyfiyyət dəyişikliyi kimi qiymətləndirirəm. Çünki uzun müddətdir, bu addımın atılması üçün sözün həqiqi mənasında Rusiya ilə polemikaydaydıq, həm mübarizə aparırdıq, həm də mövqeyimizi sübut etməyə çalışırdıq. Demək ki, həm sübut etdik, həm də haqlı mövqeyimizdə dayanaraq inandıra bildik. Kifayət qədər cəsarətli və cəsur addımdır. Bu, bütün ərazilərimizdə (Xankəndi, Ağdərə, Xocalı, Xocavənd) suverenliyimizin bərpası üçün qoyulan nöqtədir. Azərbaycan bununla bütün ərazilərində suverenliyinin təsdiqi üçün dönüş addımını atdı.
Azərbaycan bununla sübut etdi ki, siyasi iradə hər şeyə qadirdir, hər şeyi məğlub edə bilər. Üstəgəl, Azərbaycanın siyasi iradəsi qarşısında kimlərsə duruş gətirə bilməz.
Rusiya bu müddət ərzində müəyyən addımlar atmağa çalışdı. Buna “alternativ addımlar” da deyə bilərik. Amma bu addımlar sonadək davam edə bilmədi. Azərbaycanın addımları hər şeyi həll etdi, bütün problemlərin sonunu gətirdi. Zənnimcə, bundan sonrakı proseslər də bu cür gedəcək. Yəni biz qanlı döyüşlərə və hərbi əməliyyatlara əl atmadan, amma çox peşəkar addımlarla yerdə qalan problemləri də çözəcəyik”.
Qabil Hüseynli qeyd edib ki, Azərbaycan qalan problemləri tam həll etdikdən sonra Ermənistanla sülh müqaviləsi məsələsini də çözə biləcək:
“İndi bölgəyə sülhün gəlməsinin perspektivləri daha aydın görünür. Bundan sonra sərhədlərin tam delimitasiyası, kommunikasiyaların açılması, xalqlar arasında qarşılıqlı etimadın yaradılması, sülh müqaviləsinin imzalanması və kənar dövlətlərin iblisvari müdaxilələrinin qarşısının alınması prosesləri də baş tutacaq. Proseslər qanunauyğun olaraq öz hədəfinə doğru irəliləyəcək”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar