Sizin Reklam Burada
Xəbər lenti
07-09-2025
06-09-2025
BÜTÜN XƏBƏRLƏR

"Qarabağdakı zəngin Alban irsinin varisi Azərbaycandır" - İcma sədri

Tarix: 14-04-2023 12:19     Baxış: 3294 A- / A+

"Alban kilsəsinin etnik və dini varisləri Alban-udi xristian icmasıdır".
Manevr.az xəbər verir ki, bunu Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili “Qafqaz Albaniyası: dini və sosial həyatı” mövzusunda keçirilən X beynəlxalq konfransda deyib.
O bildirib ki, Azərbaycanda, xüsusilə də, Qarabağda zəngin Alban irsi mövcuddur: "Həmin ərazilərdə tarixi abidələr, xristian kilsələri yerləşir. Azərbaycan bu mədəni irsin varisidir. Alban kilsəsinin varisləri, dini varisləri Alban-udi xristian icmasıdır. Ermənilər bu tarixi öz adlarına çıxarmaq istəyir. Amma onların Azərbaycanda nə kilsələri, nə abidələri var. Həmin xristian mədəni irs nümunələri Alban kiləsinə məxsusdur".
"Bu gün Alban-udi icmasına Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Heydər Əliyev Fondu və sıravi Azərbaycan vətəndaşları tərəfindən böyük dəstək var. Bu, bizim irsimizdir. Vaxtilə ermənilər tariximizi mənimsəməyə çalışıblar. Ermənilər "Artsax" adlı qondarma ölkə yaradıb, separatizmlə məşğul olurlar. Bu, bizim irsimizdir. Bu gün bizə ən böyük dəstək Prezident İlham Əliyev tərəfindən göstərilir", - o əlavə edib./report

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar