Xəbər lenti
Aleksandr Nevzorov: “Mən Ermənistanı dəstəkləməklə səhv etmişdim, Azərbaycan haqlı tərəf idi” - MÜSAHİBƏ

-Bu, gülünc və anlaşılmaz bir məsələdir. Onların nöqteyi-nəzərindən bir həqiqət var, o da Müdafiə Nazirliyinin hesabatlarıdır. Bu xəbərlərlə razılaşmayanları isə sürgün yaxud da 15 illik həbs cəzası gözləyir. Qoy, onlar cəhənnəmə getsinlər, mən nəyi uyğun görürəmsə, onu da edəcəyəm. Mən fədakarlıqla və heç bir təmənna güdmədən mübarizə aparıram. Aydındır ki, indi mənimlə sövdələşmək istəyib, maddəni ağırlaşdırmaq və ya yüngülləşdirməyə çalışacaqlar. 15 ilin əvəzinə 10 il, bəlkə də 5 il cəza kəsəcəklər (gülür). Amma gedib işləri ilə məşğul olsunlar. Mən onlarla heç bir sövdələşməyə girməyəcəyəm.
-Gəlin, Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskidən danışaq. Siz öz “Telegram” kanalınızda yazmısınız ki, “Kreml hələ Jiriklə bağlı qərar verməyib...“Yazığı o tərəf-bu tərəfə çəkirlər”. O, gah ölür, gah sağ qalır...
- Cəhənnəm olsun! Nə fərqi var? İndi bunun heç bir fərqi yoxdur. Bu ziyafətdə daha bir vampirin olması, yaxud əksinə, olmaması – heç bir fərq etmir. Artıq başa düşdük ki, biz mütləq ölümsüzlərlə, zombiləşmiş, mənasız məxluqlarla qarşı-qarşıyayıq. Ona görə də bir daha təkrar edirəm: Nə fərqi var? Bir Jirik çox olsun və yaxud əksinə. Öz “Telegram” kanalımda yazdığım kimi, ola bilsin ki, orada sadəcə kiminsə məzarını isidir və onu ora-bura dartırlar.
-Gəlin, Ukraynadakı hadisələrdən danışaq. Müharibənin başlamasından bir ay keçdi, Ukrayna və Rusiya nəyə nail oldular?
- Ukrayna dünyanın bir nömrəli dövlətinə çevrildi, onun rəhbəri dünyanın bir nömrəli ən xarizmatik və nüfuzlu prezidentinə çevrildi. Ukrayna hamı tərəfindən nüfuz və hörmət qazandı. Qələbədən sonra ölkə investisiyalar, biznes, inkişaf, real siyasət üçün çox cəlbedici olacaq. Təkrar edirəm, Ukrayna öz qəhrəmanlığı sayəsində bir nömrəli ölkə olmağı bacardı. Rusiya isə rüsvayçılığa, dağıntıya və deqradasiyaya uğradı. Əgər tapşırıq bu idisə, o həll edildi, hər şey əldə edildi.
-Bəs siz müharibə başa çatdıqdan sonra dünyanın gələcəyini necə görürsünüz? Çoxları dünyanı gözləyən aclıq təhlükəsindən, digər dəhşətlərdən danışır...
- Hər şey mümkündür. Mən beş naməlum tənliyin həllinin tərəfdarı deyiləm. Hər gün hər şey dəyişir, hətta ən gözlənilməz dönüşlər də mümkündür. Üstəlik, son müharibə ilə bağlı (Qarabağdakı 44 günlük hərbi əməliyyatları nəzərdə tutur - red.) mövqeyimin timsalında göründüyü kimi, mən o qədər də yaxşı analitik və peyğəmbər deyiləm. Mən o zaman Ermənistanı dəstəkləməklə səhv etdim. İndi isə etiraf edirəm ki, haqiqət, üstünlük, güc, sonsuz cəsarət Azərbaycanın tərəfində idi. Lakin o zaman mən bunu doğru qiymətləndirə bilməmişdim.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar