Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Biri təhrifi informasiya mühitinə atır, digəri “sensasiya qarmağını” dərhal udur”

Tarix: 02-01-2022 17:27     Baxış: 3778 A- / A+

Arif Əliyev: “Təhrif, yaxud mühüm detalın balaca bir ixtisarı bəzən yalandan betər olur”
Kiminsə fikrinin kontekstdən çıxarılması və bunun bir müddət ən çox oxunan, rəy bidirilən, müzakirələrə səbəb olan fikir kimi gündəmi zəbt etməsi bugünkü mediamız üçün heç də nadir rastlanılan hal deyil. Təbii ki, bu cür hallarla daha çox tanınmış simalar, ictimai şəxslər üz-üzə qalırlar. Sonuncu dəfə belə bir vəziyyət təhsil naziri Emin Əmrullayevlə yaşanmışdı.
Belə məqamlarda media qurumlarının bunu auditoriyasını genləndirmək üçün etdiyi deyilsə də, qeyri-peşəkarlıqda qınandıqları da az olmur. Hədəfə çevrilmiş şəxs üçün isə “antireklamın özü də bir reklamdır” söylənilir.
Sual yaranır: Burada udan kimdir, uduzan kim? Bəlkə uduzan sadəcə yanlış informasiya ətrafında müzakirələrə vaxt sərf etmiş auditoriya olur? AYNA mövzu ətrafında “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, media eksperti Arif Əliyevlə həmsöhbət olub.

- Mediada kontekstdən çıxarılmış fikir nəyə xidmət edir?

- Peşə prinsiplərinə (etika kodekslərinə) əsasən, başqalarının fikrini təqdim edərkən media iki şərti gözləməlidir: onları konteksdən çıxarıb mənasını dəyişməməlidir və mənanı təhrif edən ixtisarlara yol verməməlidir. Ancaq hər iki hala rast gəlinir. Bu cür yanlışlıqlara çox vaxt qəsdən, qərəzli şəkildə yol verilir. Məqsəd ya sensasiya yaratmaq, ya da kimisə ləkələmək olur. Bəzən jurnalistin qeyri-peşəkarlığı, yaxud fikir bildirən şəxsin qeyri-səlis nitqi də rol oynayır. Amma bu, nadir hallarda baş verir.
Konkret təhsil naziri ilə bağlı son hadisəyə gəldikdə, mən bunu qərəzli səhv adlandırardım, çünki nazir fikrini aydın və səlis ifadə etmişdi, onun nə dediyini başa düşmək üçün yüksək intellektə malik jurnalist olmaq lazım deyildi. Əlbəttə, mən kontekstdən çıxarılmış cümləni yayan və şərhini bunun üzərində quran bütün KİV-ləri günahkar hesab etmirəm. Texnologiyalar belə prosesləri, bilirsinizmi, necə izah edir: bir media orqanı təhrifi informasiya mühitinə atır, digər media orqanı “sensasiya qarmağını” dərhal udur.

- Bu, media qurumunun nüfuzuna necə təsir gösətərir?

- Ən maraqlısı odur ki, bir çox hallarda bu, konkret olaraq xəbəri yaymış media orqanının nüfuzuna deyil, bütövlükdə medianın nüfuzuna xələl gətirir. Heç kim deməyəcək ki, “filan sayt belə yazdı”, deyəcəklər, “jurnalistlər belə yazdılar”. Daha böyük problemlə isə fikri təhrif olunmuş şəxsin özü üzləşir. Xüsusilə də o, məmur, vəzifəli şəxsdirsə. Kütləvi psixologiya əksər hallarda məmur təkzibini, ya düzəlişini “sözü yayındırmaq” kimi qəbul edir.

- Belə hallarda media qurumu və fikri təhrif olunmuş şəxs hansı addımları atmalıdır?

- Yanlışlığın ilkin olaraq haradan yayıldığını, təhrifin “mənbəyini” araşdırmaq vacibdir. O zaman suala aydınlıq gələr, daha böyük əminlikliklə demək olar ki, necə deyərlər, bu, “vicdanlı” səhvdir, ya qərəzli. Amma bundan asılı olmayaraq, əvvəldə istinad etdiyimiz peşə etikası kodeksləri deyir: əgər səhvə yol verilibsə və yanlışlıq üzə çıxarılıbsa, media orqanı heç kimdən müraciət gözləmədən səhvini auditoriyasına bildirməlidir. Özü də bu halda fərqi yoxdur ki, sən yanlışlığın “mənbəyisən”, yoxsa onu başqa KİV-lərə inanıb yaymısan. Əsas odur ki, sənin oxucun, tamaşaçın sənə inanır, onu aldatmamalısan. Təhrif, yaxud mühüm detalın balaca bir ixtisarı isə bəzən yalandan betər olur.

Manevr..az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar