Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Çarəsiz xəstələrin şəfa tapıdğı ünvan: “Milan” Hospital

Tarix: 19-09-2021 19:29     Baxış: 3892 A- / A+
Çarəsiz xəstələrin şəfa tapıdğı ünvan: “Milan” Hospital
Xuraman Muradova

Yazıçının gündəliyindən: ikinci yazı

Xuraman Muradova: “Əgər ruhda bir sarsıntı və xəsətəlik varsa, yəni qarşındakı adama inanmırsansa, sən hansı sağlamlıqdan danışa bilərsən? Axı inam - həyatın sərmayəsidir”.

Bu gün məmləkətimizdə olan özəl klinikalar çoxdur. Bu, bir tərəfdən yaxşıdır. Amma elələri var ki, xəstələri düşünməkdənsə, onlardan necə pul qazanmaq haqqında fikirləşirlər. Məhz buna görə də həmin klinikalara gedənlərin sayı çox azdır. Lakin elə klinikalar da var ki, həmin yerə xəstələr bir şəfa ocağı kimi baxdıqlarından ora gedənlərin sayı həddindən çoxdur. Bax, belə klinikalardan biri də “Milan” Hospitaldır. Bunu qətiyyətlə ona görə deyirəm ki, özəl klinikalarda çox olmuşam və onların iş prosesini də görmüşəm. Azdan-çoxdan tibb aləmindən xəbərim olduğuna görə bu işi bilən insan kimi deyə bilərəm ki, “Milan” Hospitalda olduğum bir həftə müddətində orada çalışan həkimlərin, başda həmin Hospitalın yaradıcısı Xuraman xanım Muradova olmaqla, xəstələrə necə diqqətcil olduğunu, yüksək peşəkar həkim kimi xəstələri necə müayinə və müalicə etdiklərini özüm görmüşəm. Burada olan dünya standartlarına uyğun tibbi avadanlıqlar da demək olar təkcə digər özəl kliniklarda deyil, heç dövlət xəstəxanalarında belə yoxdur. Bilirik ki, xəstənin ilk müalicəsi dəqiq, düzgün diaqnoz qoymaqdan başlayır. Məhz buradakı aparatlar və onları işlədən yüksək ixtisaslı, peşəkar həkimlər tərəfindən bütün xəstələrə dəqiq, düzgün diaqnoz qoyulur və bir neçə həkim kansilium aparmaqla xəstələrin müalicəsinə başlayırlar. Və xəstənin sağalması üçün əllərindən gələnləri edirlər. Ona görə də belə qənaətə gəldim ki, bu gün həmvətənlərimiz olan xəstələrimizin çoxlu pul xərcləməklə heç bir xarici ölkəyə getməsi lazım deyil. Onlar “Milan” Hospitala müraciət eləməklə tam sağala bilərlər. Hətta bəzi həkimlərin illərlə adını “çarəsiz xəstəliklər” qoyduğu xəstəliklər belə “Milan” Hospitalda tam sağalır. Məhz buna görə də “Milan” Hospitalda gedən işlərlə həmvətənlərimizi daha yaxından tamış etmək üçün bu tibb ocağının rəhbəri Xuraman xanım Muradova ilə həmsöhbət oldum.

-Xuraman xanım, mənə və oxuculara çox maraqlıdır ki, “Milan” Hospitalda hansı xəstəliklər üzrə müalicələr aparılır?

- Bu gün bizim Hospitalda üç əməliyyat sahəsi var. Burada tibbin bütün sahələri üzrə əməliyyatlar aparılır, təkcə ürək cərrahiyyəsi və doğuşdan başqa. Həm də bütün əməliyyatlar yüksək səviyyədə icra olunur. Burada travmatalogiya, nevralogiya, neyrocərrahiyyə, lor cərrahiyyəsi, ümumi cərrahiyə, plastik cərrahiyyə və digər əməlliyyatlar həyata keçirilir. Amma bu gün ən çox üstünlük verdiyimiz müqəddəs iş odur ki, biz xəstələrlə dərmansız, iynəsiz müalicə işləri aparırıq. Bu da hazırda dünyada aparılan ən düzgün və çox yayılmış sahədir. Çünki artıq dünyada təsdiq olunub ki, kimyəvi dərmanlar və iynələr xəstələrə böyük fəsadlar verir. Ona görə də dünyanın ən aparıcı ölkləri iynəsiz və dərmansız müalicəyə daha çox üstünlük verirlər. Bizim Hospitalda nevroloji xəstəliklərin bütün sahələri müalicə olunur. Mən “Milan” Hospitala demək olar ki, Amerikadan, Mayamidən, Fransadan, Avropanın bütün dövlətlərindən dünya standartlarına cavab verən tibbi avadanlıqlar gətirmişəm. Həm də dörd il Dubayda səhiyyə ilə bağlı dünya sərgilərində olmuşam. Və şəxsən özüm seçib, oradan terapiya aparatları gətirmişəm. Robot test aparatı insan orqanizmini müayinə edir və daha sonra müalicə edir. Tərif üçün demirəm, bu inikal aparat və başqa aparatlar Azərbaycanda yalnız bizim Hospitaldadır. Bilirsiniz ki, bu gün insanlar artıq iynə-dərmandan bezib. Axı xəstəni müalicə etmək üçün ona nə qədər dərman vermək, iynə vurmaq olar? Həmin dərmanlar və iynələr orqanizmdə bir yerə xeyir edirsə, başqa yerə ziyan eləyir. Yəni insanı müvəqqəti aldadır. Məsələn qara ciyəri və başqa əsas orqanları sıradan çıxarır. Amma bizim amalımız budur ki, heç bir dərmandan, iynədən istifadə etmədən xəstəni sağaldaq. Bu işdə də bizə dünya standartlarına cavab verən tibbi aparatlar çox kömək edir. Bu sahədə böyük nailiyyətlərimiz var. Bu yeddi ildə Hospitalımızda çoxlu qalın-qalın jurnal burada sağalan adamların təşəkkür yazıları ilə doludur. Bununla bağlı çoxlu video çəkilib. İllərlə xəstəliyinə çarə tapa bilməyən xəstələr burada şəfa tapırlar. Onların sevinc dolu göz yaşları bizim üçün bir dünyadır. Məhz buna görə də fizioterapiya, əsəb, nevroz sahəsində bizə üz tutan bütün pasiyentlərimizi iynəsiz, dərmansız yüksək səviyyədə müalicə eləyirik. Siz bilirsiniz ki, XIX əsr texnika, mühariblər, sunamilər, çətin güzəran, qaçqınlıq, köçkünlük əsri olduğuna və son vaxtlar COVİD-19 xəstəliyi yayıldığına görə insanların çoxu böyük stresslər, depressiyalar keçirir. Bu baxımdan əsəb, nevroz, fizeoterapiya, depressiya, stress xəstəlikləri artmaqda davam edir. Bu, artıq bütün dünyanı bürüdüyünə görə, dünyanın məşhur tibb alimləri bu sahədə böyük işlər görsələr də hələ çox şeylərə nail ola bilmirlər. Yəni bütün bunlar əksər xəstəliyin yaranmasının səbəbkarıdır. Bu gün pandemiya ilə əlaqədar insanların çoxu geniş yayılan panikatak xəstəliyinə tutulublar.

Çarəsiz xəstələrin şəfa tapıdğı ünvan: “Milan” Hospital


- Panikatak nə deməkdir?

- Panikatakt depressiya, stress, gərginlik, zov, özünə və qarşısında olanlara güvənsizlik, inamsızlıq deməkdir. Bu da bütün xəstəliklərin başlanğıcı deməkdir. Bilirsiniz ki, insan ruh və cismdən ibarətdir. Əgər ruh xəstə düşürsə, heç vaxt cismin sağlamlığından söhbət gedə bilməz. Əgər ruhda bir sarsıntı və xəsətəlik varsa, yəni qarşındakı adama inanmırsansa sən hansı sağlamlıqdan danışa bilərsən? Axı inam - həyatın sərmayəsidir. Bilirsiniz ki, son vaxtlar insanlarda ölüm qorxusu baş alıb gedir. Bu da dəhşətli bir şeydi. Bu, ilk öncə insan orqanizmində immuniteti zəiflədir. Silahsız əsgər, silahsız ordu nə edə bilər? İnamı, immuniteti olmayan bir insan da silahsız əsgərə bənzəyir. Eyni zamanda əgər bir insana virus yaxınlaşırsa və həmin insan silahsızdırsa təbbi ki, virus onu yerindəcə yıxacaq. Amma biz nə edirik? Biz ilk növbədə bu Hospitalda insanların inamını özünə qaytarıb, onların əhval-ruhiyyəsini düzəldirik. Onu da vurğulayım ki, insanlarda depressiyadan, stressdən, pis fikirlərdən qan zəhərlənir. Biz də xaricdən gətirdiyimiz tibbi avadanlıqlarla, yüksək ixtisaslı həkimlərlə və eyni zamanda düzgün danışıqlarla, düzgün sağaltmaqla insanları həmin depressiyadan, stressdən geri qaytarırıq. Atalarımızın belə maraqlı məsəlləri var: “Əsəbdən qanı qaraldı. Əsəbdən ürəyi qubar oldu”. Yəni qanı qaraldı, dondu və ürəyi infarkt oldu. Qan qaralma da o deməkdir ki, müyyyən zamanla qanda xolesterin yığılır və tromblaşmalar gedir. İnsan hər hansı həyəcan keçirəndə, bir tromb qırılır və gedib ürəyə düşür, həmin dəqiqə insan infarkt keşirir və dünyasını dəyişir. Ya da bir tromb qırıldı və getdi beyinə, insan insult olur. Paralic olur, ağzı, bədəni əyilir. Bunlar hamısı hüseyrələrin xəstələnməsi deməkdir. İnsan bir dəfə əsəbiləşəndə milyonlarla hüceyrə məhv olub gedir. Yəni buna görə əsəbiləşmək lazım deyil. İmam Əlinin əsəblə bağlı çox maraqlı kəlamı var. O, deyir: “Əsəbiliyin başlanğıcı dəlilik, sonu peşmançılıqdır”. Biz də Böyük Tanrının köməkliyi ilə səbrlə insanların sağlamlığını geri qaytarırıq. Əsəbləri bərpa eləyirik. Səbr elə uca ağacdır ki, hər bağda bitmir. Siz təsəvvür eləyin ki, bizə müalicəyə gələn elə insanlar var ki, uzun illərdir ki, depressiyadadır və heç vaxt üzləri gülmür. Burada ilk öncə həkimdən böyük səbr tələb olunur.
Çarəsiz xəstələrin şəfa tapıdğı ünvan: “Milan” Hospital


- Mən sizin “Milan” Hospitalınızda çəkilmiş bir neçə videoya baxanda belə insanları çox görmüşəm və onların müalicədən sonra necə şən olduğunu, hətta bəzilərinin sevincdən ağladığını da görmüşəm. Bu, sizin böyük qələbənizdir.

- Çox sağ olun ki, bizim işimizə belə yüksək qiymət verirsiniz. Bizim Hospitalda müalicə müddəti 14 gündən 21 günə qədərdir. Bəli, müalicədən sonra həmin insan əvvəlki sağlamlığına qayıdır. Yenə də ailədə mehribanlıq, səmimiyyət yaranır. Yenə həmin adamların yuxusu bərpa olunur. Gözəl həyatlarına qayıdırlar. İnsanın gözəl, mənalı həyat yaşaması onun ömrünü uzadır və yaşamağa inamını artırır. İnsanın gözəlliyində on vacib şərtdən birincisi onun sağlamlığıdır. Sağlamlığın birinci dərmanı da hərəkətdir. Məşhur filosof və şair Volter deyir ki, “ insan hərəkət üçün yaranıb. Hərəkət yoxdursa, demək insan mövcud deyil”.

- Mən Hospitalınızda həqiqətən də peşəkar, öz işinin bilicisi olan həkimlərlə rastlaşmışam.Onlar haqqında nə deyə bilərsiniz?

- “Milan” Hospitalımızda çalışan bütün həkimlər yüksək ali səviyyədədir. Professorlarımızdan, tibb elmləri doktorlarından tutmuş ən kişik personalımıza kimi hamısı çalışır ki, öz üzərində işləsin və tibb elminin son nailiyyətləri ilə daha yaxından tanış olsun. Ən əsası isə çox məsuliyyətlidirlər. Çünki məsuliyyət insanın inkişafının və xəstələrə münasibətinin ilk açarıdır. Əgər həkim xəstə ilə ilk rastlaşanda, xəstə həkimdən ilkin pozitiv enerji, inam hissi almayacaqsa, onda etibar yaranmayacaqsa, burada heç bir sağlamlıqdan söhbət gedə bilməz. Bu, tibb aləmində birmənalı belədir. Bizim kollektivdə xarici ölklərdən olan həkimlərimiz var. Yerli həkimlərimiz də çoxdur. Məsələn, qardaş Türkiyədən olan Musa Kılınc yüksək mütəxəssisdir. Sevinc xanım Kərimova kimi tibb elmləri doktoru olan maraqlı revmatoloq həkimimiz var. Vertebroloq, ortoped həkimimiz Səriyyə xanım Hüseynova da öz işinin yüksək mütəxəssisidir. Bütün xəstələr onlardan razılıq edirlər. Nevropatoloq Məhnurə xanım Məhərrəmova, nevropatoloq, uzman Lalə xanım Abdulova, rezidenturanı qurtaran nevropatoloq Bahar xanım Məmmədova, peşəkar ginekoloq Lalə xanım Budaqova, on üç ildir bir yerdə işlədiyimiz terapevt Vəfa xanım Əhmədova, androloq Ruslan Qüdrətov, Rusiyadan gələn uroloq Ənvər Məmmədov, psixoloq Vəfa xanım Abbasova, uşaq həkimi Nigar xanım Həşimova, Moskva Tibb Akademiyasının məzunu psixoloq Almaz xanım İsmayıl, ginekoloq Nigar xanım Yaqubova, plastik cərrah Könül xanım Ağamirova, kardioloqlar
Çarəsiz xəstələrin şəfa tapıdğı ünvan: “Milan” Hospital

Sevinc xanım Qasımova və kardiologiya sahəsində böyük təcrübəsi olan Nailə xanım Abdullayeva, LOR cərrahı İsmayıl İsmayılov və bu kimi yüksək ixtisaslı, çox güclü həkimlərimiz var. Onlar hamısı bütün xəstələrin sevimlisi olmaqla, işlərinin yüksək mütəxəssisidirlər. Bir sözlə, həkimlərimizin hamısı savadlı və peşəkardır. Biz dünya səviyyəli məşhur həkimləri də dəvət edirik və onlar gəlib burada bizim həkimlərə tibb sahəsində seminarlar keçirlər. Özlərinin təcrübəsini bizm həkimlərə öyrədirlər. Məşhur İbn Sina həkimlərlə bağlı belə deyib: “Cahil bir həkim ölüm düşərgəsinin köməkçisidir”. “Dərdin dərmansızı yaxşının pisə möhtac olmasıdır”. Biz də çalışırıq ki, tibb sahəsinin Peyğəmbəri İbn Sinanın kəlamlarına əməl eləyək və xəstələri iynəsiz, dərmansız sağaltmaqla, ailələrinə sevinc bəxş eləyək. Şükür Tanrının böyüklüyünə ki, “Milan” Hospital fəaliyyət göstərdiyi yeddi ildə həmişə öncül olub və bizə müraciət eləyən bütün xəstələr bizdən razı qalıblar. Fikrimi məşhur filosof Bobenarqın bu kəlamı ilə bitirmək istəyirəm: “Ümid yeganə nemətdir ki, ondan doymaq mümkün deyil”. Qoy bütün xəstələr buranı ümid qapısı bilib, bizə müraciət eləsinlər. Söz verirəm ki, biz onların ümidlərini indən belə də tam doğruldacağıq.

P. S. Hörmətli Xuraman xanım, Vətən müharibəsində çox böyük tarixi qələbə qazanan xalqımızın, pandemiya ilə gərgin mübarizə aparan insanlarımızın depressiyadan, stressdən çıxmaq üçün həkimlərə indi hədsiz ehtiyacı var. Əsasən də qazilərimizin müalicəsi çox vacibdir. Siz də bu sahədə əlinizdən gələni edirsiniz. Çünki mən sizin Hospitalınızda çox qazilə rastlaşmışam və onlar sizin həkimlərdən xeyli razılıq edirlər. Deyirlər, həkimlər Ulu Tarnının yerdə elçiləridir. Doğrudan da mən “Milan” Hospitalda olduğum bir həftə ərzində bunun tam şahidi olmuşam. Biz də öz növbəmizdə sizə möhkəm can sağlığı, uğurlar arzu edirik! Sizin həkimlər özlərinin səbri, bacarığı, peşəkarlığı ilə həqiqətən də xəstəliklə döyüşüb, onu məğlub edir.

Ağalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi

Çarəsiz xəstələrin şəfa tapıdğı ünvan: “Milan” Hospital

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar