Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Türkiyə sülhməramlıları Qarabağa niyə gəlmədi? - Türk general AÇIQLADI - MÜSAHİBƏ

Tarix: 05-02-2021 16:19     Baxış: 3467 A- / A+
Türkiyə sülhməramlıları Qarabağa niyə gəlmədi? - Türk general AÇIQLADI - MÜSAHİBƏ


Mnevr.az Türkiyənin general-mayoru Osman Qazi Kandemirin milli.az-a verdiyi müsahibəsini təqdim edir:
Türkiyə sülhməramlıları Qarabağa niyə gəlmədi? - Türk general AÇIQLADI - MÜSAHİBƏ


Bildiyiniz kimi Azərbaycan xalqı Qarabağda Türkiyə sülhməramlılarını da görmək istəyirdi. Buna nə, yaxud kim mane oldu?

- II Qarabağ Müharibəsində qəhrəman Azərbaycan Ordusunun qələbəsinin nəticəsi olaraq Ermənistan, Azərbaycan və Rusiya arasında atəşkəs müqaviləsi imzalandı. Bu müqavilənin bir maddəsində Rusiya Silahlı Qüvvələrinə məxsus sülhməramlıların Qarabağa gəlməsi qəbul edildi. Əslində bu sülhməramlıların içərisində Türkiyənin də yer alması arzu edilirdi. Fəqət, hər kəsin bildiyi kimi Türkiyə müharibə zamanı açıq şəkildə Azərbaycanın yanında yer almışdı, "Lazım olarsa Azərbaycanla birlikdə savaşarıq" ifadəsini işlətmişdi. Bu səbəbdən Türkiyə sülhməramlılarının bölgəyə gəlməsi mümkün deyildi. Ancaq daha sonra Azərbaycan və Türkiyənin təzyiqləri ilə Rusiya atəşkəsə nəzarət etmək mövzusunda Türkiyə ilə ortaq bir mərkəz qurmağa razı oldu.

Türkiyə Silahlı Qüvvələrinin bu Monitorinq Mərkəzində yer alması Qarabağdakı mövcud problemləri aradan qaldırmağa kömək edəcəkmi?

- Uzun bir hazırlıq müddətindən sonra uyğun şəraitlərin yaradılması üçün bölgədə sülhə nəzarət etmə mərkəzi yaradıldı və bir neçə gün öncə bu mərkəz açıldı. Bu mərkəzin təşkilində bir rus general, bir türk general və onların yanında yetəri qədər şəxsi heyyətləri var. Onlar əllərində olan müxtəlif vasitələrlə, pilotsuz uçuş aparatları ilə havadan müşahidə aparmaqla atəşkəsin necə davam etdiyini təqib edəcəklər, eyni zamanda atəşkəsin pozulmasına səbəb olan təxribatları qeydə alacaqlar. Mərkəzin bu baxımdan əhəmiyyəti var. Atəşkəsə Nəzarət Mərkəzində Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbçilərin olması Azərbaycana özünə inam verəcək. Çünki bu günə qədər həm Azərbaycanda yaranan, həm də türk dünyasında yaranan rəy ondan ibarətdir ki, Rusiya indiyə qədər Ermənistanın himayədarı olub, Ermənistanı qoruyubdur, hələ də Ermənistan Silahlı Qüvvələri Rusiyanın nəzarəti, dəstəyi altındadır. Bu gün Ermənistanın sərhədləri də Rusiya tərəfindən qorunur. Dolayısı ilə Rusiyaya qarşı Azərbaycandakı etibarsızlığı aradan götürmək üçün bu mərkəzdə ortaq bir şəkildə türklərin də yer alması önəmli idi.

Bu mərkəzdə türk hərbçilərinin də yer almasının Türkiyə üçün önəmi nə idi?

- Türkiyə əvvəldən etibarən Azərbaycanın yanında idi. Ancaq bu mərkəzin açılması ilə bərabər Türkiyənin Qafqazlardakı varlığı rəsmən Rusiya və Ermənistan tərəfindən qəbul edilmiş oldu. Bu da II Qarabağ Müharibəsinin önəmli nəticələrindən biridir. Bilirsiniz ki, Qarabağ probleminin tarixi 200 ilə yaxındır. 1813-cü ildə Gülüstan müqaviləsindən sonra Rusiyanın erməniləri kütləvi sürətdə bölgəyə köçürməsi, bit türk xanlığı olan İrəvan xanlığının ərazisində Ermənistanı qurmasının keçmişi 200 ilə qədər gedib çıxır. Ermənistan Azərbaycan torpaqlarında yaradılmış saxta bir dövlətdir. İndi bu 200 illik müddətdə Türkiyə Azərbaycana başına gələn problemlərdə ən çox I Dünya Müharibəsinin sonunda Qafqaz İslam Ordusunu göndərərək Bakının işğaldan xilasında kömək edə bilmişdi. 1992-1993-cü il hadisələrində istədiyimiz qədər kömək edə bilməmişdik, istəsək də kömək edə bilməmişdik. Ancaq II Qarabağ Müharibəsində Türkiyə bütün varlığı ilə Azərbaycanın yanında oldu. Bu mərkəzin rəsmi açılışı ilə də Türkiyə Qafqazda qəbul edilən güc halına gəldi. Bu da Azərbaycana güc verəcəkdir.

5 il Türkiyənin Qarabağdakı problemi yoluna qoymağa bəs edəcəkmi?

- Müharibələr tez bitə bilər. Necə ki, II Qarabağ Müharibəsi 44 gündə Azərbaycan Ordusunun qələbəsi ilə bitdi. Ancaq beynəlxalq məsələlər belə qısa müddətdə həll edilə bilməz. Bu problemlər uzun zaman çəkər. Qarşımızdakı 5 il içərisində Azərbaycan dövlətinin öncə sərhədlərlə bağlı problemini həll etmək, müharibənin bölgəyə etdiyi təsirləri təmizləmək, misal üçün, işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi, dağıdılmış evləri, sənaye mərkəzlərini, yolları yenidən qurmaq, bölgəyə hava limanları inşa etmək kimi işləri var. Bunların hamısının bitməsi ilə də torpaqlar işğal edilərkən yurd-yuvasından qaçqın-köçkün düşən insanların yenidən bölgəyə qayıdıb, oraların yaşanma halına gətirilməsi kimi proseslər var. Bu prosesləri gerçəkləşdirib bitirmək üçün uzun zamana ehtiyac olacaq. Bundan sonra Azərbaycan dövləti burada iqtisadi mənbələrini həmin ərazilərə yönəldəcək və bölgəni yenidən qazanmaq üçün səy göstərəcəkdir. Təbii ki, 5 il içərisində ən azından Ermənistanın yenidən münasibətləri gərginləşdirməyə çalışmaması bölgədəki böyük problemlərin həll edilməsindən asılıdır.

Dağlıq Qarabağda azərbaycanlılarla ermənilərin birgə yaşaması mümkündürmü?

- Burada əsl mövzu Ermənistanın bölgəyə inteqarasiya edilməsidir. Yəni, bildiyiniz kimi Ermənistanın "böyük Ermənistan" xəyalı var. Şərqdə bu xəyalın birinci addımı Qarabağın işğalı idi. 1992-1993-cü illərdə Azərbaycan torpaqlarını işğal etmişdilər. İndi Ermənistanın bu xəyalına zərbə vuruldu. Qərbdə Türkiyəyə qarşı torpaq iddiası edir, şimalda Gürcüstana. Şərqdəki bu "qolu" (Azərbaycan - Qarabağ) qırılınca, qalan ümidləri də qırılmalıdır. Bundan sonra Ermənistan da lobbinin təsirindən xilas olar və bölgədəki qonşu dövlətlərlə - Türkiyə ilə, Azərbaycanla, Gürcüstanla yaxşı münasibətlər qurarsa onun da iqtisadi cəhətdən dirçəlməsi mümkün olacaqdır. Və beləcə, bölgədə qalıcı bir sülh hakim olacaq, insanları mehriban şəraitdə yaşaya biləcək. Əslində bu ortaq mərkəzin qurulması bölgədəki 4 ölkənin - Azərbaycan, Ermənistan, Türkiyə və Rusiyanın bir araya gəlməsini təmin etmiş oldu. Buna əlavə olaraq Gürcüstan və İran da bölgədəki fəaliyyətlərdə iştirak etməyə başlayarlarsa, atəşkəs müqaviləsinin imzalanmasından sonra Azərbaycan və Türkiyə Prezidentlərinin bir araya gələrək verdikləri bəyanat kimi bölgədəki ölkələrin bir-birinə inteqrasiyası, bir-birləri ilə problemlərini həll etmələri uzun müddətdə daha qalıcı bir mövqe, mühit yaradacaqdır. Bu səbəbdən önümüzdəki 5 ilin münaqişəsiz ötüşməsi, Ermənistanın da bölgəyə inteqrasiya edilməsi, oradakı insanların da sülhə görə paylarını almaqları müsbət olacaqdır. Bu nöqteyi nəzərdən bu ortaq mərkəz gələcəyə dair önəmli bir addımdır.

Azərbaycan xalqına bu dəfəlik son sözünüz...

Bilirsiniz ki, 1994-cü ildən bəri onsuz da Azərbaycan Silahlı Qüvvələrinin təlim, tədrisi ilə məşğul idik. İndi Türkiyə Rusiyanın da tanıdığı, Ermənistanın da tanımaq məcburiyyətində qaldığı bir güc olaraq bölgəyə gəldi. Əslində, Qafqazda türklərin varlığının qəbul edilməsi tarixi bir hadisədir. Bundan sonra həm Türkiyə, həm Azərbaycan regiondakı haqq və mənfəətlərini Ermənistanın işğalçılıq niyyətinə qarşı özünün müdafiəsini təmin edərək önümüzdəki dönəmdə problemləri həll etməyə çalışacaqdır. Bəlkə bu, uzun zaman aparacaq. Amma təqibçisi olmaq şərti ilə öhdəsindən gəlinməyəcək problem yoxdur. Azərbaycan bizim qardaşımızdır. Bu tarix boyu belə olub. Hər zaman Azərbaycanın yanında olduğumuzu bu zamana kimi çox ifadə etmişik, amma indi artıq rəsmən Azərbaycanın problemlərini həll etmək üçün Türkiyə (Silahlı Qüvvələri) digər dövlətlərin də qəbul etdiyi bir şəkildə Azərbaycana gəldi.

Mnevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar