Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Nərminin anası dəhşətli cinayətdə daha 2 nəfərin adını çəkdi: "İntiqamımı alacam"

Tarix: 02-02-2021 22:32     Baxış: 3355 A- / A+
Nərminin anası dəhşətli cinayətdə daha 2 nəfərin adını çəkdi:

“Uşağımın ölümünün arxasında Süleymanla Murad dayanır”.

Tovuzun Dondar Quşçu kəndindən olan 10 yaşlı mərhum Nərmin Quliyevanın atası Şərif Quliyev “Sherg.az”a açıqlama verərək bəzi məqamlara toxunub. Bir müddət idi Nərminin atası Şərif Quliyevin və həyat yoldaşı Aynurə İsmayılovanın mediaya açıqlama verməməsi diqqəti cəlb edirdi. Hətta müxtəlif mülahizələr irəli sürülürdü ki, Nərminin validyenləri məqsədli şəkildə susqunluq nümayiş etdirirlər. Ş.Quliyev açıqlamasında cinayətlə əlaqədar bəzi nüansları diqqətə çatdırıb. Onun sözlərinə görə, İlkin bu olanlarda qabağa verilib və qızının ölümündə başqa günahkarlar da var.

N.Quliyevanın anası Aynurə da qızının ölümündə yalnız İlkini deyil, onun əmisi Süleyman Süleymanov və əmisi oğlu Murad Süleymanovu ittiham edir. A. İsmayılova hadisə ilə bağlı daha ətraflı “Sherg.az”a danışıb:

- İlkinin əmisi ilə əmisi oğlunu ittiham edirsiniz. Nə üçün?

- Süleyman Süleymanovla Murad Süleymanov qızımın 4 aylıq hamilə olduğunu deyirlər. Bildirirlər ki, əllərində faktlar var. İlkin bu hadisədə müqəvvadır. Uşağımın ölümünün arxasında Süleymanla Murad dayanır. Süleyman böyüdüb tərbiyə etdiyim uşağın hamilə olduğunu haradan bilirdi? Deməli, qızım onların əlində olub ki, bədənində göy rəngin olduğunu deyirlər. Murad qızımın ölümündən qabaq işindən məzuniyyət götürmüşdü. Nərminin ölümündən sonra da 2-ci dəfə məzuniyyət götürdü. Niyə? Araşdırma aparılanda dedi ki, əmim xəstədir, onun evinə yoxlama üçün girməyin. Həmçinin kənddəki bütün evlərdə yoxlama aparıldı, amma Muradın evi yoxlanılmadı. Səbəb nədir? Ürəyimdə bir dağ var. Axı Süleyman qızımın hamilə olduğunu haradan bilirdi? Ekspertizanın cavabı heç bizə deyilməyib, biz bilmiriksə, onlar haradan biliblər?

- Onların 10 yaşlı uşaqla nə işi?

- Mən də bilmirəm, sadəcə səbəb axtarıram. Bilmirəm qızımın günahı nə idi? Balamı niyə öldürdülər?

- Bakıdan ev istəməyiniz səs-küyə səbəb oldu. Bu barədə nə deyərdiniz?

- Mən iki qız anasıyam. Adımıza nə qədər sözlər çıxartdılar. Ev istəməmişəm. Sadəcə olaraq hadisə baş verən zaman onların evinin yanından keçə bilmirdim. Amma şər atdılar ki, guya ev davası edirəm. Böyük qızım qorxmur, amma kiçik qızım çox qorxur, hələ də psixoloji sarsıntı keçirir. Gecələr səhərə qədər ağlayır ki, “Ay ana, qoyma İlkin gəlib məni öldürər”. Bu olanlara hansı ana-ata dözər?

- İddialar var ki, əsl qatilin kim olduğunu bilirsiz, amma susursunuz...

- Dövlətimiz nəsə bilir ki, İlkini aparıb həbs edib. Mənim əlavə olaraq bildiyim bir şey yoxdur.

- Baş verənlərdən sonra İlkinin valideynləri ilə aranızda danışıq olub?

- Xeyr. Mən sadəcə məhkəməni gözləyirəm. Onlar məni qıcıqlandırmaq üçün qapılarını açıq qoyub gülüşürlər. Amma uşağımın qanı yerdə qalmayacaq...

- Son olaraq nə demək istəyirsiniz?

-Onlar elə bilirlər ki, bu rayonda rahat yaşayacaqlar. Lakin heç vaxt bunu görməyəcəklər. Özlərinə də demişəm ki, çıxıb getsinlər. Nə olur olsun Süleymandan intiqamımı alacam. Sabah qızımın 12 yaşı tamam olur. 12 yaşlı balamın sümükləri çürüyür, amma onlar rayonda rahat gəzirlər? Bu yaşda uşaq nə həyat gördü ki? Balamı ona görə böyütmüşdüm ki, Süleymanla İlkin onun “başını yesin?” Sadəcə bir istəyim var. Süleyman bizimlə qaba-qabağa oturub qızımın hamilə olduğunu sübut etsin və əlindəki faktları göstərsin... sherg.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar