Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Rusiya müdaxilə etsə, Türkiyə də müdaxilə edə bilər.Bu, ən pis ssenaridir””

Tarix: 31-10-2020 09:49     Baxış: 3506 A- / A+
“Rusiya müdaxilə etsə, Türkiyə də müdaxilə edə bilər.Bu, ən pis ssenaridir””

ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Metyu Brayza Amerikanın Səsinə müsahibəsində Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılması üçün göstərilən diplomatik fəaliyyətlər və Minsk qrupunun vasitəçilik səyləri haqda danışıb.

Manevr.az həmin müsahibəni təqdim edir:

- ABŞ, Azərbaycan və Ermənistan hökumətləri tərəfindən oktyabrın 26-da humanitar atəşkəsin elan edilməsinə baxmayaraq, Ermənistan və Azərbaycan arasında döyüşlər davam etdirilir və hər iki tərəf hər birini atəşkəsi pozmaqda günahlandırır. Hərbi əməliyyatların dayandırılması üçün bu həftə diplomatik səylər də davam etdirilib. Döyüşlərin dayandırılması üçün hansı diplomatik fəaliyyətlər göstərilməlidir?

- Mən hesab edirəm ki, diplomatik vasitəçilər 19-cu əsrin böyük Prussiya hərbi nəzəriyyəçisi Karl von Klauzevitsin bütün dünyada beynəlxalq münasibətlərə dair giriş kursunda öyrədilən məşhur ifadəsi əsasında düşünməlidirlər. Bu da ondan ibarətdir ki, müharibə siyasətin başqa yollarla davam etdirilməsidir. Bu hazırkı vəziyyətdə nə deməkdir? Sizin sualınıza gəlincə, düşünürəm ki, vasitəçilər və diplomatların sadəcə `döyüşləri dayandırın` deməsi kömək etmir. Bu ona bənzəyir ki, ailənizdə iki uşaq, ya da övladlarınız dava edəndə valideyn çox vaxt sadəcə `ikiniz də dayanın` deyir.

Lakin çox halda kimsə münaqişəyə səbəb olacaq nəsə edib. Buna görə vasitəçilərin sadəcə atəşkəs haqda danışmaq əvəzinə, Minsk qrupu ilə Vaşinqtondakı son bəyanatda qeyd edilən fəaliyyətin vacib olduğunu düşünürəm. Bu da baza prinsiplərinə əsaslanan və Azərbaycan və Ermənistan çərçivəsində danışıqlara qayıtmaqdan ibarətdir. Qarabağ təmsilçiləri olmamalıdır. Və sonra təkcə çərçivə razılığını əldə etmək deyil, onu həyata keçirmək üçün plan hazırlanmalıdır. İndi diplomatik icma tərəfindən məhz belə fəaliyyətin göstərilməsinə ehtiyac var. Amma bilirsinizmi, biz çox vaxt diplomatlar kimi geri çəkilirik və sadəcə deyirik ki, döyüşləri dayandırın və danışıqlar aparın. Bəli, danışıqlar aparın. Amma nə haqda və nə məqsədlə. Məqsəd də bizim hamımızın bildiyi kimi budur ki, baza prinsipləri yerlərdə vəziyyəti Azərbaycanın Qarabağ ətrafında öz yeddi rayonu üzərində nəzarəti bərpa etməsi və Dağlıq Qarabağın yekun hüquqi statusu barədə danışıqların davam etdirilməsi ilə, bu da bir müddət çəkə bilər, beynəlxalq hüquqa uyğunlaşdırmağı nəzərdə tutur.

- Bəzi müşahidəçilər hesab edir ki, intensiv döyüşlərin davam etdirilməsi təhlükəli mərhələyə gəlib çatır. Bu təhlükələr və risklər nədən ibarətdir?

- Mən döyüş meydanında hər kəs üçün açıq təhlükəni görürəm. Hər kəs üçün. Amma daha geniş mənada münaqişəni nəzərdə tutursunuzsa, düşünürəm ki, risk o ola bilər ki, əgər Azərbaycan hərbi qüvvələri həddindən artıq irəli gedib, məsələn Xankəndində gücdən istifadə etsin və çox sayda ölüm olsun və ya ola bilsin. O zaman Rusiyanın hərbi müdaxilə edə biləcəyindən narahatam. Rusiya müdaxilə etsə, Türkiyə də müdaxilə edə bilər. Bu, ən pis ssenaridir. Fikrimcə, prezident Putin Rusiyanın hərbi müdaxilə etməsini istəmədiyini açıq şəkildə bildirib. O mövcud qarşıdurmanın Azərbaycan ərazisində olduğunu və Rusiyanın müharibə və ya münaqişə Ermənistan ərazisində deyilsə, müqavilə ilə müttəfiqi olan Ermənistanı müdafilə etmək məcburiyyətində olmadığını tamamilə açıq şəkildə bildirib. Buna görə düşünürəm ki, Putin müdaxilə etmək istəmir. Lakin o eyni zamanda, erməni icmasında da dağıntıları görmək istəmir, çünki bu, onun üçün iki problem yaradır. Birincisi, Azərbaycanı idarə etmək getdikcə çətinləşir. Həqiqətən böyük bir qələbə qazandığını hiss edə bilər. Və düşünürəm ki, bu vəziyyətdə Azərbaycan Qarabağın və ona bitişik yeddi ərazinin bərpası üçün beynəlxalq səviyyədə böyük dəstək almayacaq. Və Putinin Rusiyanın müqavilə ilə öhdəliyi olub-olmamasından asılı olmayaraq, Ermənistanı tərk etdiyinə inanılsa, bu, xüsusən də erməni oliqarxlarının Moskvanın elit siyasi dairələri ilə sıx əlaqələri nəzərə alınaraq, prezident Putin üçün böyük siyasi problem ola bilər.

Lakin bunların çox uzaq ssenarilər olduğunu düşünürəm və ümid edirəm ki, prezident Əliyev onu tanıdığım illər ərzində bütün bu münaqişə boyu tutduğu sözünə əməl edəcək. Bu da ondan ibarətdir ki, “məqsədimiz qanunsuz olaraq işğal olunmuş yeddi ərazimizi geri qaytarmaq və bundan sonra Qarabağın yekun hüquqi statusu ilə bağlı danışıqlar aparmaqdır, baxmayaraq ki, Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olaraq qalmalı olduğuna inanırıq”.

- Sizinlə son söhbətimizdə Türkiyə və Rusiyanın münaqişənin nizamlanmasında birgə işləyə bilməsinin mümkünlüyünü qeyd etmişdiniz. Prezident Vladimir Putin və prezident Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ münaqişəsini aralarında iki telefon söhbəti zamanı müzakirə ediblər. Sizin fikrinizcə, Rusiya və Türkiyə eskalasiyanın azaldılmasında necə birgə fəaliyyət göstərə bilər və bu ölkələrin hazırkı mərhələdə əsas maraqları nədən ibarətdir?

- Mən onların birlikdə işləyə biləcəklərini düşünmürəm. Və buna bir daha aydınlıq gətirmək istəyirəm. Son söhbətimiz zamanı mən əməkdaşlıq edəcəklərini demədim. Mənim dediyim o idi ki, ABŞ və Fransanın bu mənada aktiv olmaması, fəal vasitəçilərin olmaması meydanı açıq qoyur və mən yaranan bu boşluğu Rusiya və Türkiyənin doldura biləcəyinə inanıram. Buna görə də Rusiya ilə Türkiyənin sonda əməkdaşlıq edəcəyini düşünmürəm.

Həqiqətən demək istədiyim budur ki, onlar bu münaqişədə müəyyən dərəcədə Liviyada olduqları kimi əks tərəfdədir. Onların Liviyada və Suriyada Astana prosesi çərçivəsində hərəkətləri əlaqələndirdiklərinə baxmayaraq, fərqli tərəflərdə olduqlarını demək istəyirəm. Buna baxmayaraq, Türkiyə ilə Rusiya arasında Astanaya bənzər bir prosesin ola biləcəyini görmürəm. İran buna çağırır. Amma bunun baş verəcəyini düşünmürəm. Və bu bir sıra səbəblərə görədir. Birincisi, Birləşmiş Ştatların Dövlət katibi Pompeonun bu həftə sonu, cümə günü iki xarici işlər naziri ilə görüşü ilə iştiraka başladığına çox sevindim. Bu, çox yaxşı bir addım idi, bunun çoxdan vaxtı idi.

İkincisi, sizin tərəflər nə istəyir sualınıza cavab verərək deyirəm. Mən hesab edirəm ki, ikisi də eyni şeyi istəyir, baxmayaraq ki, əslində ritorikaları fərqlidir. Düşünürəm ki, həm Rusiya, həm Türkiyə müharibənin sizə bundan əvvəl təsvir etdiyim kimi bitməsini istəyir: Azərbaycan ərazilərini geri qaytarır, etnik ermənilər məğlub edilmir, çünki onlar Dağlıq Qarabağda mümkün qədər evlərində qalırlar. Və bundan sonra baza prinsiplərinə əsasən, Dağlıq Qarabağın keçmiş etnik azərbaycanlı sakinləri öz evlərinə qayıdırlar. Və bu, sülh əvəzinə topraq barışığı olur. Və biz bunu görürük. O zaman qalan ermənilər üçün Laçından keçən dəhliz və beynəlxalq sülhməramlılar kimi təhlükəsizlik qarantiyaları olacaq. Mən əminəm ki, Rusiya bunu istəyir, çünki onunla uzun illər həmsədr kimi çalışmışam və bu barədə danışıqlar aparmııq.

Və mən inanıram ki, Türkiyə də bunu istəyir. İndi Türkiyə və Rusiyanın nədə kömək edə biləcəyi haqda düşünürəm ki, Rusiya baş nazir Paşinyanın diplomatik həll yolu olmadığı kimi həqiqətən də ehtiyatsız şeylər söyləməsini dayandırmasını istəməlidir. Və fikrimcə, Türkiyə də ayrılıqda Azərbaycan xalqının qələbənin siyasi həll yolu ilə gəldiyini anlamasına kömək edərək, faydalı bir rol oynaya bilər. Bu, Azərbaycan tanklarını Xankəndinin mərkəzi meydanına qədər sürməklə gəlmir.

- Birləşmiş Ştatlar Dağlıq Qarabağda xarici müdaxiləyə qarşı xəbərdarlıqla çıxış edib. Dövlət katibi Pompeo ABŞ-ın bütün beynəlxalq oyunçulardan bölgədən kənarda qalmalarını istədiyini bildirib. Prezidentliyə Demokrat namizəd Co Bayden bəyanatında Türkiyənin Azərbaycana dəstəyini qeyd edib və xarici müdaxiləyə qarşı xəbərdarlıq edib. Bunlar ABŞ və Türkiyə arasında son günlər daha da artan gərginliklər fonunda baş verir. Sizin fikrinizcə, bu, ABŞ və Türkiyə arasında gərginliyin daha bir mənbəyi ola bilərmi?

- Bəli, mən bunun Vaşinqton və Ankara arasında daha bir gərginlik mənbəyi ola biləcəyini düşünürəm. Vaşinqtonda və hətta elitar xarici siyasət mütəxəssisləri və jurnalistlər arasında, “Washington Post” qəzetini götürək, belə bir anlayış var ki, Türkiyə bir növ Azərbaycanı daha aqressiv olmağa və mübarizəni davam etdirməyə inandırıb və prezidenti müharibəyə getməyə inandıran məhz Türkiyə olub. Məncə, bu, gülünc bir hekayədir. Bu doğru deyil. Yalandır. Əslində, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın Dağlıq Qarabağ üzrə keçmiş müşaviri Jirair Libaridian son bir müsahibəsində Paşinyanın ən böyük səhvinin və ya Azərbaycanın ən böyük diplomatik qələbəsinin Türkiyəni Azərbaycana hər zaman olduğundan daha çox dəstək verməyə inandırması olduğunu deyib. Bilirsinizmi, bu, xarici siyasət sahəsində ən görkəmli erməni mütəfəkkirlərindən və xadimlərindən birinin sözləridir. Beləliklə, Türkiyə Azərbaycanı sövq etməyib. Hesab edirəm ki, Türkiyənin verdiyi texnologiya və tövsiyələr Azərbaycanın mülki itkiləri minimuma endirərək, yüksək dəqiqliklə hərbi əməliyyatlar keçirməsinə imkan verib. Bir çox halda, Azərbaycan Hadrut və Qırmızı Bazar kimi şəhərləri atəş açmadan və güllə atmadan, bir kəndi və ya şəhəri bombalamadan ələ keçirib və manevr edib. Türkiyənin bu texnologiyaları, həm də Azərbaycan əsgərlərinin cəsarəti sayəsində Azərbaycan bunu edə bilir.

Buna baxmayaraq, Vaşinqtonda fərqli əhvalat mövcuddur. Beləliklə də, Türkiyənin Azərbaycana verdiyi dəstək Fransa tərəfindən qaynaqlanan iddialar siyahısına əlavə edildi. Bu iddialar da ondan ibarətdir ki, Türkiyə Suriyada və Liviyada çox aqressivdir, Fransanı dinləmir və BMT tərəfindən tanınan hökuməti dəstəkləyir və təbii ki, Aralıq dənizinin şərqində Türkiyə hüquqlarını həddən artıq aqressiv şəkildə müdafiə etməkdə günahlandırılır. Bəli, təəssüf ki, bu məsələnin də bu siyahıya əlavə olunduğunu düşünürəm.

- Minsk Qrupu vasitəçilik fəaliyyətini bundan sonra necə davam etdirəcək? Danışıqların prosesinin maksimum effektivliyi üçün həmsədrlər hansı şəkildə fəaliyyət göstərəcək?

- Düşünürəm ki, ən azından başlanğıcda siyasi səviyyədə çox diqqət olacaq, xüsusən indi ABŞ-da prezident seçkiləri zamanı. Onu nəzərdə tuturam ki, əlbəttə, ABŞ-da diqqətin prezident seçki yarışlarına verildiyini söyləyə bilərsiniz. Lakin başqa tərəfdən, pis və ya yaxşı, erməni diasporası bu seçkilərdə müəyyən bir rol oynaya biləcək bir seçki blokudur. Buna görə də gələn həftə və ya növbəti altı gün vasitəçilər üçün həqiqətən yaxşıdır. Onlar ən yüksək səviyyədə mümkün qədər çox diqqət cəlb etməlidirlər. Özü də siyasi səviyyədə, hətta prezident səviyyəsində. Lakin bundan sonra danışıqların bir müddət uzanacağını gözləyirəm. Yəni, onlar bunu etməlidirlər. Mən ümid edirəm ki, həmsədrlər bu dövrdən istifadə edərək, diqqəti, xüsusilə də prezident Putinin diqqətini baş nazir Paşinyanı əsas prinsiplərlə birmənalı şəkildə yenidən razılaşmağa, beynəlxalq hüququn prinsiplərinə qayıdaraq əməl etməyə və bütün erməni qoşunlarını Qarabağ ətrafındakı yeddi rayondan daha çox itki vermədən çıxarırmağa və daha sonra Dağlıq Qarabağın yekun statusu ilə bağlı danışıqlara qayıtmağa razı sala biləcəklər. Və bu danışıqlar, düşünürəm ki, uzun sürə bilər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar