Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Vəziyyət həqiqətən də acınacaqlıdır” – Sabir Rüstəmxanlı

Tarix: 03-07-2020 13:14     Baxış: 31 843 A- / A+
“Vəziyyət həqiqətən də acınacaqlıdır” – Sabir Rüstəmxanlı


Kür çayının səviyyəsinin azalması Neftçala rayonunda içməli su problemi yaradıb. Bundan əlavə rayonda kənd təsərrüfatına ciddi ziyan dəyib və dəyməkdədir. Artıq bir müddətdir ki, sosial şəbəklərdə, mediada bu məsələ müzakirə olunur.

Manevr.az bildirir ki, yenisabah.az Neftçaladakı son vəziyyəti, problemin həlli istiqamətində hansı işlərin görüldüyünü, yaxud görülməli olduğunu öyrənmək üçün bu rayondan deputat seçilən Sabir Rüstəmxanlı ilə söhbətləşib.

- Sabir bəy, Neftçalada hazırda vəziyyət necədir?

- Quraqlıq olması, suvarma mövsümünün başlaması və başqa səbəblər var ki, Kür çayının suyunun azalmasına səbəb olub. Bundan başqa, Kürün Xəzər dənizinə tökülən hissəsində vaxtilə texniki səhvlərə yol verilib. Çayın Cənuba uzanan qoluna bənd vurulub. Şimala uzanan qolu isə genişləndirilib. İndi cayın səviyyəsi düşdüyünə görə Xəzər dənizinin suyu Kürə qarışıb və nəticə etibarilə çayın suyu şorlaşıb. Hazırda 22 kənd, 1 qəsəbə və Neftçala şəhərinin özü içməli su problemi yaşayır. Beləliklə, 24 yaşayış məntəqəsi faktiki olaraq susuzdur. Bu yaşayış məntəqələri birbaşa Kürdən su götürürdülər. İndi bu mümkün deyi. Üstəlik kənd təsərrüfatına ziyan dəyib. Əkin sahələrinin suvarılmasında çətinlik yaranıb. Mal-qara şor su içə bilmir. İnsanlar çıxılmaz vəziyyətdədirlər.

- Müvafiq qurumlar problemin həlli istiqamətində hansısa tədbirlər görürümü?

- Əhalinin içməli su ilə təmin olunması ilə bağlı müəyyən işlər görülür. Digər rayonlar da Neftçalaya yardım edir. Köhnə suvarma sistemi olan yerlərdə çənlərə su vurulur və buradan əhaliyə verilir. Həmçinin maşınla kəndlərə su daşınır. Lakin bu çıxış yolu deyil. Qarşıda iyul və avqustun istiləri gəlir. 80 min nəfərlik əhalinin təxminən 60 min nəfəri içməli suya möhtacdır. Bu problemi su daşımaqla həll etmək mümkün deyil. Digər tərəfdən, axı kənd təsərrüfatı sahəsi də var. İnsanların əkin sahələri, heyvandarlıq sıradan çıxa bilər.

- Bəs sizcə, hansı effektiv adımlar adılmalıdır?

- Hesab edirəm ki, Neftçalada artezian quyularının qazılmasına başlanılmalıdır. Bunu portativ texnika ilə qısa müddətdə etmək olar. Artezian quyularının qazılması ilə həm içməli su problemini müəyyən qədər həll etmək olar, həm də kənd təsərrüfatı sahəsini məhv olmaqdan qorumaq olar.

Bundan başqa, fikrimcə Kürün Xəzərə tökülən hissəsində şimala uzanan qoluna təcili bənd vurulmalıdır. Mən indi də gördüm oranı qazıb genişləndirirlər. Bu doğru deyil. Çünki Xəzərin suyu Kürə buradan daha çox qarışır. Küləyi də nəzərə almaq lazımdır. Xüsusilə xəzri küləyi şimal-şərqdən əsir və Xəzərin suyunu Kürə daha çox qovur. Bundansa cənub qoluna vurulan bəndi sökmək və oranı genişləndirmək lazımdır. Çünki Cənub tərəfdən küləklə Xəzərin suyunun Kürə qovulması imkanları azdır. Bununla problem həll oluna bilər. Kür tam qurumayıb ki. Burada əsas problem dəniz suyunun çaya axmasıdır. Bu da Kürün şirin suyunun şor olmasına səbəb olub. Əsas problem budur.

- Bu barədə müvafiq qurumlara təkliflərini vermisinizmi?

- Milli Məclisdə Kür çayı ilə bağlı məsələ müzakirə olunub. Azərsunun prezidenti Qorxmaz Hüseynov da iclasa dəvət olunmuşdu. O Azərbaycanın su ehtiyatları gələcəkdə yarana biləcək probemlərlə bağlı məlumat verdi. Yəni, ümumi vəziyyəti əks etdirən hesabat xarakterli çıxış etdi. Mən orda dedim ki, ümumi vəziyyət ayrı, Neftçalada bu gün yaranmış situasiya ayrıdır. İnsanlar susuz qalıb. Vəziyyət həqiqətən də acınacaqlıdır. Təbii ki, yuxarıdakı fikirlərimizi və təkliflərimizi səsləndirdik.

- Belə fikirlər səsləndirilir ki, Kürün səviyyəsinin aşağı düşməsi İranla Ermənistanın birgə qurduğu SES layihəsi də ola bilər...

- Hər halda bu Arazaın suyunun azalmasına nəticə etibarilə Kür çayının səviyyəsinə təsirsiz olmaya bilər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar