Xəbər lenti
Hafiz Hacıyev: “Vilyam Hacıyevin arvadı Cülyetta ermənidir, qaynatasında 6 milyon pul...”
Manevr.az Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin publika.az-a müsahibəsini təqdim edir:
- Hafiz müəllim, hazırda həbsdə olan qohumunuz, keçmiş icra başçısı Vilyam Hacıyev sərvətinin mediada yayılan siyahısı ilə bağlı son məhkəmə prosesində bildirib ki, həyat yoldaşının adına olan əmlaklar onlara qayınatasının mirasıdır. Hər halda, qohumunuzdur, doğruları ən yaxşı siz bilərsiniz, Vilyam Hacıyevin qaynatası həqiqətən imkanlı adam idi? O, bu qədər sərvəti necə əldə edib?
- Vilyam Hacıyevin qaynatasını tanımıram. Bilirsiniz ki, mənim ermənilərlə heç vaxt elə bir əlaqəm olmayıb. Bu barədə Ramiz Mehdiyevdən soruşmaq lazımdır. Yanılmıramsa, Vilyam Hacıyevin arvadı ilə Ramiz Mehdiyevin arvadı arasında qohumluq əlaqələri var. Məndə Vilyam Hacıyevin arvadının anasının, dədəsinin kim olması ilə bağlı elə bir məlumat yoxdur. Amma əminliklə deyə bilərəm ki, o boyda var-dövlətin onun qaynatasından qalması ilə bağlı iddialar əsassızdır. Mən düşünmürəm ki, qaynatasından ona bu qədər pul qalsın. Vilyam Hacıyev böyük səhvlərə yol verib. Özü də bu səhvlərin sayı çoxdur. Çox təəssüf... Biz belə kadr yetişdirməmişdik. Onun haqqında bu cür düşünməmişdik. Cənab prezident ona böyük etimad göstərmişdi. Vilyam Hacıyev həmin etimadı təəssüf ki, doğrulda bilmədi.
- Yəni siz demək istəyirsiniz ki, Vilyam Hacıyevin həyat yoldaşı erməni əsillidir?
- Tanıyanların hamısı elə deyir. Sözün düzü, Vilyam Hacıyev mənə uzaqdan qohum düşür. Atamgilin əmisinin nəvəsidir. Amma bu yaxın qohumluq sayılmır. Düzdü, ilk dəfə o vaxtkı Xanlar rayonuna onun icra başçısı təyin olunmasında mənim də rolum olmuşdu. Xahiş elədim, sözümü yerə salmadılar, icra başçısı təyin etdilər. Daha sonra Samuxda icra başçısı oldu. Sonra özünü düzgün aparmadı, cənab prezident də haqlı olaraq onu cəzalandırdı. Hər halda, cəzasını almalıdır. İndi deyir ki, 6 milyon vəsait qaynatasından qalıb. O vaxt heç 6 milyon avro, dollar yox idi ölkədə. Bunun qaynatası iş adamı idi, yoxsa yüksək vəzifəli məmur? Haradan almışdı o pulları?..
- Adətən valideynlər var-dövlətlərini qızlarına yox, oğullarına miras qoyurlar. Vilyam Hacıyevin qaynatasının oğlu yox idi? Bir qızına 6 milyon pul qoyub gedən atanın yəqin ki, varidatı daha böyük olub...
- Əlbəttə, hamısı boş söhbətlərdir. Keçmiş Milli Təhlükəsizlik Naziri Eldar Mahmudov da deyirdi ki, bu pullar mənə qayınatamdan qalıb. Yoxladılar, gördülər ki, nə atasının, nə də qaynatasının heç nəyi olmayıb. Bu insanlar belədilər, qolları qandallanandan sonra bu cür danışırlar.
- Hafiz bəy, hər halda, onu siz icra başçısı təyin etdirmisinizsə, deməli, Vilyam Hacıyevlə çox yaxın təmaslarınız olub...
- Xeyr, olmayıb. Açığını deyim ki, o icra başçısı olandan sonra şox dəyişdi. Heç kəsi saymadı. Bundan sonra heç vaxt onu danışdırmamışam. Bu barədə də xeyli mübahisələrimiz oldu. Xanlar rayonundan onun kənarlaşdırılması məsələsini biz qoyduq. Bilirsiniz necədir, insanlar çox tez çaşırlar. Mən buna görə onunla bütün əlaqələri kəsmişəm. O vaxt Prezident Aparatından bəzi yoldaşlar mənə deyirdilər ki, sən onun haqqında pis fikir söyləməklə düz eləmirsən. İndi hamısı görür ki, vaxtilə onun haqqında söylədiyim fikirlərin hamısı öz təsdiqini tapır. Mən o vaxt dedim ki, bunu icra başçısı postuna təqdim eləməklə səhv iş görmüşük, özünü doğrultmadı. Ondan sonra mənə dedilər ki, ehtiyac yoxdur, gərək belə danışmayaydın. Nəhayət, sonda gördülər ki, Vilyam Hacıyev haqqında söylədiklərim fikirlərin hamısı Quran ayəsi kimi gəlib öz yerini tutur.
- Bəs Vilyam Hacıyevin övladları nə ilə məşğuldurlar?
- Açığını deyim ki, onlarla elə bir əlaqəm yoxdur. Ona görə də onlar haqqında elə bir söz, fikir deyəbilmərəm. Heç neçə övladının olduğundan da xəbərim yoxdur.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar