Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ukraynalı jurnalist güllələnərək ÖLDÜRÜLDÜ

Tarix: 03-04-2022 13:55     Baxış: 4202 A- / A+



Rusiya-Ukrayna müharibəsində öldürülən jurnalistlərin sayı 6 nəfərə çatıb
İki həftə əvvəl itkin düşən ukraynalı fotoqraf və sənədli film rejissoru Maks Levin paytaxt Kiyev yaxınlığında ölü tapılıb.
Bu barədə aprelin 2-də prezidentin köməkçisi Andrey Yermak bildirib.
"Maks Levin martın 13-də Kiyev vilayətində münaqişə zonasında itkin düşmüşdü. Onun meyiti aprelin 1-də Quta Mejihirska kəndi yaxınlığında tapılıb", - deyə, prezident köməkçisi "Telegram" paylaşımında qeyd edib.
Sərhədsiz Reportyorlar Təşkilatı isə məlumat yayaraq bildirib ki, Levin öldürülərkən silahsız, əynində mətbuat gödəkçəsi olub. Beləliklə o, fevralın 24-də Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından bəri öldürülən altıncı jurnalistdir.
"Jurnalistləri hədəfə almaq müharibə cinayətidir", - deyə, Parisdə yerləşən Media Nəzarəti Təşkilatı bildirib.
Ukrayna Baş Prokurorluğu isə qeyd edib ki, ilkin məlumatlara görə Levin Rusiya hərbçiləri tərəfindən iki dəfə atıcı silahdan atəşə tutulub.
Dörd uşaq atası olan 40 yaşlı Levin "Reuters", "BB" və "Associated Press" də daxil olmaqla bir çox Ukrayna və beynəlxalq media ilə işləyirdi

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar