Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın əməkdar jurnalisti vəfat etdi

Tarix: 07-02-2022 14:48     Baxış: 3219 A- / A+


Azərbaycanın əməkdar jurnalisti vəfat etdi

Əməkdar jurnalist, publisist, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli Qalina Mikeladze vəfat edib.
Manevr.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi xəbər yayıb.
Qeyd olunub ki, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatını əhatə edən prosesləri daim diqqətdə saxlayan və obyektiv işıqlandıran istedadlı jurnalist Qalina Mikeladzenin qələmindən çıxan yazılar özünəməxsusluğu ilə seçilib, oxucuların rəğbətini qazanıb.


"O, mədəniyyət xadimləri, məşhur siyasətçi, maarifçi və xeyriyyəçilər, tariximizdə iz qoymuş görkəmli qadınlar haqqında neçə-neçə məqalə, araşdırma və essenin, 20-dən artıq kitabın müəllifi olub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi görkəmli jurnalistin vəfatından kədərləndiyini bildirir, ailəsinə dərin hüznlə başsağlığı verir", - deyə məlumatda bildirilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar