Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Sabiq mətbuat katibinin oğlu HƏBSDƏN BURAXILDI

Tarix: 02-02-2022 19:27     Baxış: 3134 A- / A+


Bakı Şəhər Baş Polis İdarəsinin sabiq mətbuat xidmətinin rəhbəri Qalib Arifin oğlu, 1998-ci il təvəllüdlü Arif Rəhimov həbsdən çıxıb.

Manevr.az-ın xəbərinə görə, Bu barədə lent.az-a Qalib Arif özü məlumat verib.
O qeyd edib ki, oğlu bu gün məhkəmə qərarı ilə vaxtından əvvəl azadlığa buraxılıb: “Hamının gedənləri qayıtsın! Bizim də oğlumuzun 4 illik məhbəs həyatından, ayrılıqdan, əzab-əziyyətdən sonra qapısı açıldı, salamat evimizə qayıtdı. Bizə dəstək olan dostlara, kömək olan qohumlara təşəkkür edirəm. Bir olan Allaha şükr, böyüklüyünə zikr edirəm. Bu dünyada haqq-ədalət, insanlarda insaf-mürvət varmış... Bu haqq-ədalətdən bizə, bizim ailəmizə də pay düşdü...”. 

Qeyd edək ki, 2017-ci il sentyabrın 7-də, saat 16 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini Arif Rəhimov idarə etdiyi “Subaru” markalı avtomobili yolun kənarında dayanan paytaxt sakini Seymur Məmmədova məxsus “Toyota Prado” markalı avtomobilə vurub və idarəetməni itirdiyindən avtomobil Lerik rayon sakini Füzuli Məmiyevin idarə etdiyi “Opel” markalı avtomobilə çırpılıb.
F.Məmiyev və sərnişinlərindən həmyerlisi Kamal Məmmədov hadisə yerində ölüb, digər 2 sərnişini, A.Rəhimov və 1 sərnişini xəstəxanaya yerləşdirilib.
Məhkəmənin hökmü ilə A.Rəhimov 6 il müddətinə azadlıqdan məhrum edilib. 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar