Xəbər lenti
Agentliklərin informasiyasından istifadə ilə bağlı YENİ TƏLƏB

Manevr.az-ın xəbərinə görə, bu, “Media haqqında” qanun layihəsinə III oxunuşda təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanun layihəsinin 13.3-cü bəndi yeni redaksiyada verilir: “Bu Qanunun 13.1-ci və 13.2-ci maddələri (istinadla bağlı tələb istisna olmaqla) dövlət orqanları (qurumları) tərəfindən yayılan rəsmi məlumatlara (press-relizlərə) və informasiya agentliklərinin informasiyasından istifadə hallarına şamil edilməyəcək.
I və II oxunuşda qəbul edilən qanun layihəsində qeyd edilmişdi ki, Bu Qanunun 13.1-ci və 13.2-ci maddələri dövlət orqanları (qurumları) tərəfindən yayılan rəsmi məlumatlara (press-relizlərə) və informasiya agentliklərinin informasiyasından istifadə hallarına şamil edilmir.
Qanunun 13.1 və 13.2-ci bəndləri isə aşağıdakı kimidir:
13.1- Media subyekti digər media subyektinin informasiyasını və proqramlarını istinad etməklə abunəlik və ya müqavilə əsasında istifadə edə bilər.
13.2- Abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər./report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Təqvim
| « Sentyabr 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 | ||||
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































