Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Elnur Əşrəfoğlu ECMO cihazından ayrılır

Tarix: 11-10-2021 12:39     Baxış: 3260 A- / A+
Elnur Əşrəfoğlu ECMO cihazından ayrılır
Koronavirusa yoluxan tanınmış Elnur Əşrəfoğlunu ECMO cihazından ayırırlar. 
Manevr.az xəbər verir ki, bu barədə oxu.az-a Elnur Əşrəfoğlunun həyat yoldaşı məlumat verib.
O bildirib ki, qanaxmalar çoxaldığı üçün onu ECMO cihazında saxlamaq mümkün olmur:
"Həkimlər indi əlaqə saxladılar. Dedilər ki, qanaxması dayanmır, bir yandan qan köçürülür, digər yandan isə ECMO cihazında olduğu üçün qanaxmalar çoxalır. Həkimlər vəziyyətini qiymətləndirib və qərar qəbul edilib ki, bu gün ECMO cihazından ayrılsın. Yəqin ki, bu dəqiqələrdə cihazdan artıq ayırırlar. Sadəcə olaraq hər kəsin dua etməsini istəyirəm. Allah kömək olsun bizə!”.
Xatırladaq ki, koronavirusa yoluxan tanınmış jurnalist Elnur Əşrəfoğlu hazırda "Yeni Klinika”da ECMO aparatına qoşulu vəziyyətdə müalicəsini davam etdirir. Anası Zöhrə Hüseynova Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edərək Elnur Əşrəfoğlunun müalicəsi ilə bağlı müvafiq köməyin göstərilməsini xahiş edib. Heydər Əliyev Fondu koronavirusa yoluxan tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlunun müalicəsini nəzarətə götürüb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar