Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Medianın İnkişafı Agentliyində “Media haqqında” qanun layihəsinin müzakirəsi keçirildi - ŞƏKİLLƏR

Tarix: 06-09-2021 21:19     Baxış: 4233 A- / A+
Medianın İnkişafı Agentliyində “Media haqqında” qanun layihəsinin müzakirəsi keçirildi - ŞƏKİLLƏR

Bu gün Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində (MEDİA) "Media haqqında” qanun layihəsinin müzakirəsi keçirilib. Müzakirələrdə Medianın İnkişafı Agentliyinin rəhbərliyi və əməkdaşları, Parlament Jurnalistlər Birliyinin üzvləri iştirak edirdilər

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov qurumun fəaliyyət istiqamətləri və nizamnamədən irəli gələn vəzifələrin icrası üçün həyata keçirilən tədbirlər barədə məlumat verdi. "Media haqqında” qanun layihəsi haqqında danışan İcraçı direktor bununla bağlı müzakirələrin aparılmasının əhəmiyyətindən söz açdı. O, təcrübəli jurnalistlərin fikirlərinin ümumi işin xeyrinə ola biləcəyini vurğuladı.

Sonra Medianın İnkişafı Agentliyinin Hüquq departamentinin direktoru Rəqsanə Kərimova qanun layihəsinin təqdimatını etdi. Departament direktoru tədbir iştirakçılarını media subyektləri (audiovizual, çap və onlayn media subyektləri, informasiya agentlikləri), mediada yayımlanan informasiyalara dair tələblər, media subyektinin informasiyasından istifadə, media reyestri və qanun layihəsinin digər müddəaları barədə ətraflı məlumatlandırdı.

Tədbir qanun layihəsinin diskussiya şəraitində aparılan müzakirəsi və fikir mübadiləsi ilə davam etdi, iştirakçıları maraqlandıran bir sıra suallar cavablandırıldı.

Manevr.az
Medianın İnkişafı Agentliyində “Media haqqında” qanun layihəsinin müzakirəsi keçirildi - ŞƏKİLLƏR
Medianın İnkişafı Agentliyində “Media haqqında” qanun layihəsinin müzakirəsi keçirildi - ŞƏKİLLƏR
Medianın İnkişafı Agentliyində “Media haqqında” qanun layihəsinin müzakirəsi keçirildi - ŞƏKİLLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar