Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Meksika televiziyasında Şuşadan danışıldı

Tarix: 03-09-2021 08:50     Baxış: 3188 A- / A+
Meksika televiziyasında Şuşadan danışıldı

Meksikanın geniş izləyici kütləsinə malik “Canal Once” dövlət televiziyasının “Xəbərlər” proqramında cari ilin 22-24 iyul tarixlərində işğaldan azad olunmuş ərazilərimizə səfər etmiş tanınmış meksikalı jurnalist Federiko Lamontun Şuşada səfir Məmməd Talıbovdan bölgədəki vəziyyət barədə götürdüyü müsahibə efirə gedib.

Manevr.az
bildirir ki, Azərbaycanın Meksikadakı Səfirliyindən lent.az-a verilən məlumata görə, müsahibədə əsası Pənahəli xan tərəfindən qoyulmuş Şuşa şəhərinin Azərbaycan üçün xüsusi coğrafi-siyasi və tarixi-mədəni əhəmiyyət kəsb etdiyini bildirən səfir, Şuşa şəhərinin işğaldan azad edilməsinin hər bir azərbaycanlı üçün böyük əhəmiyyət daşıdığını söyləyib.

Hazırda 30 ilə yaxın işğal atında olmuş və erməni vandalizminə məruz qalmış işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma və bərpa işlərinin aparıldığı qeyd olunub, Azərbaycanın qarşısında duran ən vacib məqsədlərin bu ərazilərin yaşayış infrastrukturunun yenidən qurulması və azərbaycanlı məcburi köçkünlərin təhlükəsiz şəkildə öz yurdlarına qayıtmasının təmin edilməsi olduğu bildirilib.

Sonra azad edilmiş ərazilərdə Ermənistan tərəfindən kütləvi minalanma aparıldığı, habelə işğaldan ziyan görmüş ərazilərdə mülkü yaşayış infrastrukturunun tamamilə məhv edildiyi barədə məlumat verilib, hazırda Azərbaycan tərəfindən həmin ərazilərin minalardan təmizlənməsi istiqamətində işlərin görüldüyü qeyd olunub.

Müxbirin tanınmış fransız yazıçısı Aleksandr Dümanı şahmatda məğlub edən görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvan barəsində sualına cavab verən səfir, onun sonuncu Qarabağ xanının qızı olduğunu, Xurşidbanu Natəvan kimi, Azərbaycanın bir sıra görkəmli şəxsiyyətlərinin Şuşada anadan olduğunu söyləyib. Bir çox mədəni abidələr kimi, Xan qızı Natəvanın sarayının da erməni vandalizminə məruz qaldığı təəssüflə qeyd edilib.

Meksika televiziyasında Şuşadan danışıldı
Meksika televiziyasında Şuşadan danışıldı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar