Sizin Reklam Burada
Xəbər lenti
16-06-2026
BÜTÜN XƏBƏRLƏR

Əflatun Amaşov jurnalistin vəfatından yazdı

Tarix: 27-02-2017 15:38     Baxış: 4278 A- / A+
Əflatun Amaşov jurnalistin vəfatından yazdı

Torpağa tapşırıldığı bu gün barəsində keçmiş zamanda danışmaq olduqca ağırdır. Zabil Müqabiloğlunu çoxdan tanıyırdım. İstedadı, bacarığı, ədəb-ərkanı ilə seçilən həmkarlarımızdan idi.

Manevr.az xəbər verir ki, bu sözləri MŞ sədri Əflatun Amaşov tanınmış jurnalist Zabil Müqabiloğlunun vəfatı haqda Feysbuk səhifəsində yazıb. O, Zabil Müqabiloğlunun azad insan olduğunu bildirib:

“Müalicə üçün İranda olarkən telefonla söhbətləşdik. İlk dəfə səhhəti pisləşəndə xəstəxanaya baş çəkməyə də getmişdim. Xəstəliyinin bənizinə gətirdiyi solğun görkəmdə bir yaşamaq istəyi duydum. Ağrısız-acısız, sərhədləri olmayan, çərçivələnməyən, məhdudiyyətsiz yaşamaq istəyi. O, azad insan idi.

Artıq Zabil haqq dünyasındadır. Ruhunun azadlığını tapdığı yerdə. Ağrımıza, acımıza təsəllimiz də yalnız budur. Təəssüf ki, budur.

Doğmalarına, əzizlərinə, daim təəssübünü çəkdiyi, ona qayğısını əsirgəməyən həmkarlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin. Məkanı cənnət olsun!”

Qeyd edək ki, tanınmış jurnalist Zabil Müqabiloğlu dünən gecə saatlarında vəfat edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar