Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Reket jurnalist özünü polis kimi göstərib, direktoru şantaj etdi

Tarix: 18-07-2021 19:02     Baxış: 4200 A- / A+
Reket jurnalist özünü polis kimi göstərib, direktoru şantaj etdi


“Qaynarxətt.az” Media İnformasiya Agentliyinin direktor müavini vəzifəsində işləyən Amid Aslanlının qanunsuz hərəkətləri barədə rayon prokurorluğuna vətəndaş müraciətləri daxil olub.
Manevr.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Amid Aslanlı özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edərək, iyunun 15-də “Dalğa” hotelinin əməkdaşından 1000 manat məbləğində pul tələb edib ondan 130 manat məbləğində pul alıb, iyunun 17-də isə Sağlamlıq Mərkəzinin direktorundan hər ay üçün 2 min manat pul tələb edib, həmin pulu vermədikləri halda isə onlar haqqında rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlib.

Faktla bağlı Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.

Amid Aslanlı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq davam edir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar