Xəbər lenti
ANS TV yeni adla efirə qayıdır?

Milli Televiziya və Radio Şurasının (MTRŞ) ümumirespublika televiziya kanalının açılması üçün 7 iyun 2021-ci il tarixindən 7 iyul 2021-ci il tarixinədək elan etdiyi müsabiqə üçün sənəd qəbulu başa çatıb.
MTRŞ-dan verilən məlumata görə, müsabiqəyə 6 iddiaçı sənəd təqdim edib.
Bunlar "APA Mark” MMC, "Təhsil TV” MMC, "Balans Studiyası” MMC, "İNS ÇM” MMC, "İstipress” MMC, "Medical Media” MMC-dir.
Ümumirespublika televiziya kanalının açılması üçün sənəd təqdim edən iddiaçılardan 3-ü ANS Şirkətlər Qrupuna məxsusdur. Bu, ANS TV-nin yeni adla televiziya məkanına qayıdışı ola bilər.
Manevr.az xəbər verir ki, ANS-ÇM Yayım və Media Şirkətinin baş direktoru Sevda Həsənova faktı modern.az-a təsdiqləyib.
S.Həsənova müsabiqənin obyektiv keçəcəyi təqdirdə qalib gələcəklərinə inandıqlarını deyib:
"Bu müsabiqədə bizim "İstipress” MMC, "İNS ÇM” MMC və "Balans Studiyası” MMC də iştirak edir. Bütün lazımi sənədləri təqdim etmişik. Artıq bildiyiniz kimi, bu şirkətlərin adları MTRŞ-nın səhifəsində də yayımlanıb. Əminik ki, müsabiqə obyektiv keçəcək və belə olan təqdirdə biz qalib gələcəyik!”.
Qeyd edək ki, MTRŞ-nin müsabiqəsinə qatılan "İstipress” MMC, "İNS ÇM” MMC və "Balans Studiyası” MMC-yə ANS Şirkətlər Qrupunun sahibləri Vahid və Seyfulla Mustafayev qardaşları rəhbərlik edirlər.
Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) 18 iyul 2016-cı il tarixli qərarı ilə ANS telekanalının yayımı dayandırılıb, ANS ÇM radiosunun lisenziyası ləğv edilib.
Daha sonra Bakı Apelyasiya Məhkəməsi MTRŞ-nın iddiası əsasında telekanalın da lisenziyasını ləğv edib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































