Xəbər lenti
"Araz" və "Space" radiolarının yayımı müvəqqəti dayandırılır

Milli Televiziya və Radio Şurasının onlayn formatda iclası keçirilib.
Manevr.az xəbər verir ki, iclasda 25 iyun – 9 iyul 2021-ci il tarixlərində ümum-ölkə radio kanallarının monitorinqinin nəticələri müzakirə olunub.
30 iyun 2021-ci il tarixdə "Araz" radio kanalının efirində saat 13.00 – 14.00 arası müddətdə 5 dəqiqə 30 saniyə sponsor reklamının yayımlanması ilə "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 13.2-ci maddəsinin tələbləri pozulub.
Şura "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsini rəhbər tutaraq "Araz" radio kanalının efirində 18 iyul 2021-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək (saat 21:00-dan saat 24:00-dək) dayandırılması haqqında qərar qəbul edib.
Həmçinin, 1 iyul 2021-ci il tarixdə "Space" radio kanalının efirində saat 08.00 – 09.00 arası müddətdə 5 dəqiqə sponsor reklamının yayımlanması ilə "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 13.2-ci maddəsinin tələbləri pozulub.
Şura "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsini rəhbər tutaraq "Space" radio kanalının efirində 17 iyul 2021-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək (saat 21:00-dan saat 24:00-dək) dayandırılması haqqında qərar qəbul edib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Təqvim
| « Sentyabr 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 | ||||
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































