Sizin Reklam Burada
Xəbər lenti
09-11-2025
08-11-2025
07-11-2025
BÜTÜN XƏBƏRLƏR

Jurnalistlərimiz Medianın İnkişafı Agentliyindən şad xəbər gözləyir

Tarix: 02-07-2021 20:56     Baxış: 2264 A- / A+
22 iyul – Milli Mətbuat gününə cəmi 20 gün qalır...
 Jurnalistlərimiz Medianın İnkişafı Agentliyindən şad xəbər gözləyir


Ötən illərdə KİVDF-də yol verilən saxtakarlıqlar, qanun pozuntuları səbəbindən və COVİD-19 ucbatından keçən il Milli Mətbuat günündə ölkə mediasında kifayət qədər xidməti və haqqı olan jurnalistlərimiz çoxillik arzularına çata bilmədilər.

Təbii ki, Medianın İnkişafı Agentliyinin yaranması ilə bağlı jurnalistlərimizin builki mənzil bölgüsündə obyektivliyin, ədalətiin, şəffaflığın əsas götürüləcəyinə inamı böyükdür. Bəli, artıq əvvəllər olduğu kimi, 25-30 il mətbuatda dövlət, xalq naminə səmərəli fəaliyyət göstərmiş jurnalistləri bilərəkdən “unuduraq”, cəmi 7-8 il saytda, qəzetlərdə işləyən, vurnuxan, lakin hələ də püxtələşməmiş əməkdaşlara kiminsə xahişi, tövsiyəsi ilə haqsız olaraq mənzil verilməyəcək, bəzi baş redaktorlara 2-ci, 3-cü dəfə mənzil “pay” edilməyəcəkdir. Axı, 25-30 ildir ki mənzil həsrətində olan, evinin darısqallığı ucbatından artıq 35-40 yaşına çatmış oğullarını evləndirə bilməyən, ümidini yeni binaya bağlayan neçə-neçə nüfuzlu, mətbuatda böyük xidmətləri olan ahıl jurnalistlərimiz var. İnanırıq ki, bu dəfə haqq-ədalət sonacan öz yerini tapacaqdır.

Hələlik isə jurnalistlərimiz Medianın İnkişafı Agentliyindən şad xəbər gözləyir. Vaxta isə çox az – cəmi 20 gün qalır. Tələsmək lazımdır!..

Qadir SULTANOV,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Sumqayıt.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar