Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Lider TV-nin yerini kim tutacaq? - RƏSMİ AÇIQLAMA

Tarix: 24-05-2021 16:41     Baxış: 4130 A- / A+
Lider TV-nin yerini kim tutacaq? - RƏSMİ AÇIQLAMA


Xəbər verdiyimiz kimi, Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclasında televiziyalarla bağlı bir sıra məsələlər müzakirə olunub.
Manevr.az xəbər verir ki, iclasda "Lider TV və Radio-Azərbaycan" MMC-nin müflisləşməsinin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunduğunu nəzərə alaraq "Lider TV və Radio-Azərbaycan" MMC-nin televiziya və radio yayımının 01 iyun 2021-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılması barədə qərar qəbul edib.

“Lider TV” bağlandıqdan sonra yerində yeni telekanalın fəaliyyətə başlayıb-başlamaması isə sual doğurur.

MTRŞ-nın Texniki Şöbəsindən İsa Məmmədov açıqlamasında bildirib ki, bunun üçün müsabiqə elan olunmalıdır:

“Lider TV-nin bağlanması məhkəmə qaydasında olub. Həmin televiziyanın müəyyən borcları var idi, ödəyə bilmirdi. Bundan sonra kanalı məhkəməyə verdilər. Məhkəməni uduzdu və qərar çıxarıldı ki, televiziya bağlansın.

Televiziya və radioyayımın yenisinin açılması müsabiqə əsasında olur. Bunun üçün müsabiqə elan olunmalıdır. Yəni müəyyən müddət keçməlidir, sənədlər daxil olmalıdır. Sonra həmin səndələr təhlil olunmalı və qərar çıxarılmalıdır. Lisenziyanı birindən alıb o birinə vermək olmur”.

İ.Məmmədovun sözlərinə görə, yeni televiziyanın açılması məsələsi tamaşaçıların tələbindən asılı ola bilər:

“Əvvəlcə tamaşaçıların tələbatı öyrənilir. Məsələn, sahə üzrə televiziya açıla bilər. Tutaq ki, bizdə idman, uşaq verilişləri və s. var. Yəni bizdə olmayan və insanların tələbatına uyğun hansısa televiziya ola bilər. Vacib deyil ki o, “Lider” televiziyasını əvəz etsin”.

Qurum rəsmisi bildirib ki, müsabiqənin nəticəsində sənədlər təhlil edildikdən sonra qalib ola da bilər olmaya da bilər:

“Yeri gəlmişkən, ola bilər müsabiqə üçün 5 nəfər müraciət etsin, amma heç biri qalib elan olunmasın. Bu onunla bağlıdır ki, müraciət edənlərin sənədlərində, konsepsiyasında, avadanlıqlarında hansısa nöqsanlar olsun”./ölkə.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar