Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın yeganə fransızdilli “Le Carrefour” qəzetinin 14 yaşı tamam olur -ŞƏKİLLƏR

Tarix: 14-05-2021 12:17     Baxış: 3163 A- / A+
Azərbaycanın yeganə fransızdilli “Le Carrefour” qəzetinin 14 yaşı tamam olur


Bu gün Azərbaycanda fransız dilində nəşr olunan yeganə mətbu orqan “Le Carrefour” (Yol qovşağı) qəzetinin fəaliyyətə başlamasından 14 il ötür.

Manevr.az xəbər verir ki, qəzet Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 14 may 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Bu mətbu orqan ölkəmizdə ilk və yeganə frankofon (fransızdilli) qəzetdir. “Le Carrefour” qəzeti fransız dilində yeganə mətbu orqan olaraq Azərbaycan Mətbuat Şurasının üzvlüyünə qəbul edilib.

Qəzetin yaradılmasında əsas məqsəd Azərbaycanla Fransa, eyni zamanda fransızdilli ölkələr arasında əlaqələrin inkişafına töhfə vermək, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, fransızdilli oxuculara ölkəmizi tanıtmaq və xalqımızın milli və mənəvi dəyərlərinin, həmçinin mədəni irsinin təbliğidir. Qəzet özünün ilk sayından Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri fransız dilində oxuculara çatdırıb.

“Le Carrefour” qəzeti Azərbaycan və Fransa, eyni zamanda fransızdilli ölkələr arasında mədəni, iqtisadi, elmi əlaqələri inkişaf etdirmək, fransızlari və ümumilikdə, əcnəbiləri ölkəmizdə baş verən sosial-ictimai, mədəni, iqtisadi hadisələr barədə məlumatlandırmaq, onlara öz dillərində informasiya verməklə Azərbaycanı Fransada və fransızdilli ölkələrdə tanıtmaq, milli-mənəvi dəyərlərimizi təbliğ etmək missiyasını öz üzərinə götürüb.
Azərbaycanın yeganə fransızdilli “Le Carrefour” qəzetinin 14 yaşı tamam olur
“Le Carrefour” Azərbaycan mediasında fransızlara və fransızdilli oxuculara ünvanlanan tək nəşrdir. 2009-cu ildə qəzetin saytı (www.lecarrefour.az ) fəaliyyətə başlayıb, 2016-cı ildən sayt yenilənərək 2 dildə (Azərbaycan və fransız) xəbər portalı kimi fəaliyyət göstərir.

“Le Carrefour” qəzeti sosial şəbəkələrdə də aktiv təmsil olunur. Qəzetin Twitter, Facebook, Instagram, Linkedin səhifələri var.

Qəzet baş ofisi Parisdə yerləşən Beynəlxalq Fransızdilli Mətbuat Birliyi (L’Union İnternationale de la Presse Francophone-UPF) və Fransanın TV5 kanalı ilə (TV5Monde), o cümlədən Beynəlxalq Frankofoniya Təşkilatı (L’Organisation İnternationale de la Francophonie-OİF), Frankofoniya Universitetləri Agentliyinin (L’Agence universitaire de la Francophonie-AUF) Mərkəzi və Şərqi Avropa üzrə ofisi və digər fransızdilli beynəlxalq təşkilatlar ilə əlaqələr qurub.

Fransada bu qəzeti Azərbaycanın yeganə frankofon qəzeti kimi tanıyırlar. Qəzet fransızdilli əcnəbilərin hər zaman böyük marağına səbəb olub, Fransa rəsmiləri ölkəmizə səfər edərkən eksklüziv açıqlamaları məhz bu qəzetə veriblər. Fransa

Xarici İşlər və beynəlxalq inkişaf nazirinin müavini Florans Mangən 2017-ci ildə Bakıya səfəri zamanı eksklüziv olaraq Azərbaycan mediasına yeganə müsahibəsini məhz “Le Carrefour” qəzetinə verib.

İsveçrə Konfederasiyasının Prezidenti Paskal Kuşpən 2008-ci ildə Azərbaycana səfəri zamanı ölkənin frankofon nəşri “Le Carrefour” qəzetinin mövcudluğunu böyük maraqla qarşılayıb.

Fransanın TV5Monde kanalında yayımlanan, geniş tamaşaçı kütləsinə malik “Destination Francophonie” (İstiqamət Frankofoniya) verilişinin aparıcısı milyonlarla izləyicisi olan sosial şəbəkədəki rəsmi səhifəsində “Le Carrefour” qəzeti haqqında paylaşım edərək, “Qafqazda Azərbaycanın yeganə fransızdilli qəzetini kəşf edin” (Découvrez “Le Carrefour”, le seul journal en français d’Azerbaidjan, dans le Caucase) sözlərini yazıb, ölkəmizdə belə bir nəşrin olmasını vurğulayıb.

“Le Carrefour” qəzetinin təşəbbüsü və təşkilatçılığı ilə 2008 və 2012-ci illərdə “Azərbaycanda xaricidilli KİV-in durumu: problemlər və inkişaf perspektivləri” mövzusunda Mətbuat Şurası ilə birgə dəyirmi masalar təşkil edilib.

2016-cı ilin yanvar ayında qəzetin təşəbbüsü ilə Jurnalist Qadınlar Assosiasiyası ilə birgə Azərbaycanın ilk şəhid qadın jurnalisti, Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın anım günü ilə əlaqədar tədbir təşkil olunub. 2016-cı ildə “Le Carrefour” qəzetinin təşəbbüsü ilə “Azərbaycanın xaricidilli KİV-i beynəlxalq müstəvidə” mövzusunda konfrans keçirilib.

2017-ci ildə Bakıda Frankofoniya həftələri çərçivəsində Azərbaycandakı Fransız İnstitutunda qəzetin yaradılmasının 10 illiyinə həsr olunmuş təqdimatı keçirilib. Tədbirdə Fransanın Azərbaycandakı o dövrdəki səfiri Orelia Buşez, Milli Məclisin deputatları, fransız dili üzrə mütəxəssislər və media nümayəndələri iştirak ediblər.

“Le Carrefour” qəzeti 14 ildir informasiya müharibəsində daim ön cəbhədə olub. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Qələbəyə aparan şanlı günlərdə Azərbaycanın yeganə fransızdilli “Le Carrefour” qəzeti var gücü ilə çalışıb və yenə çalışır. Sosial şəbəkələrdə Azərbaycan həqiqətlərinin yayılması, fransızdilli auditoriyaya çatdırılması üçün var qüvvəsi ilə səfərbər olub, Ermənistan tərəfindən ölkəmizə qarşı hərbi cinayətlərin törədilməsini, erməni vəhşiliyini əks etdirən fotoların müşayiətilə paylaşımlar edilib. Azərbaycanın Gəncə, Bərdə, Tərtər və digər şəhərlərində dinc əhalinin, o cümlədən uşaq və qadınların Ermənistanın raket hücumuna məruz qalması nəticəsində qətlə yetirilməsini əks etdirən fotolar və müvafiq məlumatlar “Le Carrefour” qəzeti adından Fransanın nüfuzlu və tanınmış media orqanlarına, o cümlədən Le Monde, Le Figaro, Le Point, France24, Courrier international, La

Liberation, Le Point və digər bir sıra qəzetlərə, saytlara göndərilib. Fransa Senatının ermənilərin lehinə qətnamənin qəbulu ilə bağlı Facebook vasitəsilə canlı yayımı zamanı “Le Carrefour” qəzeti olaraq erməni istifadəçilərə, həmçinin fransız ad-familiyalı ermənipərəst istifadəçilərə ölkəmizin mövqeyini müdafiə edən, tarixi faktlara əsaslanan tutarlı cavablar verilib, erməni yalanları ifşa olunub. Qəzetin təsisçisi fransızdilli jurnalist Zeynab Kazımovanın işğaldan azad olunmuş Qarabağda erməni vəhşiliyi, Azərbaycanın dini, mədəni abidələrinin dağıdılması, xalqımızın mədəni irsinə qarşı erməni təcavüzü, ermənilər tərəfindən minaların xəritələrinin verilməməsi və digər bu kimi məsələlərlə bağlı Fransa mediasında reportaj və məqalələri yayımlanır.

Hazırda maliyə çətinliyi ucabtından nəşri dayanan qəzet fəaliyyətini elektron formatda davam etdirir. Qəzetin və saytın əsas ideyası və fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin öz çıxışlarında dəfələrlə səsləndirdiyi xarici media resursları ilə media sahəsində daha sıx əlaqələrin yaradılması və ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün xarici media məkanına daha çox çıxış imkanının əldə olunması istiqamətinə yönəlib

Manevr.az

Azərbaycanın yeganə fransızdilli “Le Carrefour” qəzetinin 14 yaşı tamam olur
Azərbaycanın yeganə fransızdilli “Le Carrefour” qəzetinin 14 yaşı tamam olur
Azərbaycanın yeganə fransızdilli “Le Carrefour” qəzetinin 14 yaşı tamam olur
Azərbaycanın yeganə fransızdilli “Le Carrefour” qəzetinin 14 yaşı tamam olur
Azərbaycanın yeganə fransızdilli “Le Carrefour” qəzetinin 14 yaşı tamam olur
Azərbaycanın yeganə fransızdilli “Le Carrefour” qəzetinin 14 yaşı tamam olur
Azərbaycanın yeganə fransızdilli “Le Carrefour” qəzetinin 14 yaşı tamam olur

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar