Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Əflatun Amaşov Mətbuat Azadlığı Günü ilə bağlı onlayn konfransa qatılıb

Tarix: 03-05-2021 17:38     Baxış: 3138 A- / A+
Əflatun Amaşov Mətbuat Azadlığı Günü ilə bağlı onlayn konfransa qatılıb


Əflatun Amaşov Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının Mətbuat Azadlığı Günü ilə bağlı onlayn konfransına qatılıb

Manevr.az
xəbər verir ki, bu gün Ümumdünya Mətbuat Şuraları Assosiasiyası 3 may Mətbuat Azadlığı Günü ilə bağlı onlayn rejimdə konfrans keçirib. Konfransda başlıca müzakirə mövzusu pandemiya şəraitində jurnalist fəaliyyətinin müxtəlif aspektləri olub.

MŞ sədri Əflatun Amaşov konfransdakı çıxışında mövzuya dair fikirlərini bölüşüb. O bildirib ki, Azərbaycanda pandemiya şəraiti jurnalist fəaliyyətinə də təsirsiz ötüşməyib, ancaq mövcud istiqamətdə hər hansı xüsusi məhdudlaşdırmalar qeydə alınmayıb. Yaranmış müəyyən anlaşılmaz durumlar Şuranın müvafiq dövlət qurumları ilə qarşılıqlı təmasları nəticəsində aradan qaldırılıb.

MŞ sədri həmçinin jurnalistlərin vaksinasiyası ilə bağlı məsələlərdən də söz açıb. O, vaksinasiyanın yaşı 18-dən yuxarı olan bütün jurnalistlər arasında keçirildiyini, bu işin Mətbuat Şurasında, eyni zamanda əməkdaşlarının sayının çox olduğu kütləvi informasiya vasitələrində aparıldığını bildirib. Ə.Amaşov prosesin mərhələli şəkildə yenə də davam etdirildiyinə diqqət çəkib. O, indiyədək 500-ə yaxın jurnalistin vaksinasiyadan keçdiyini vurğulayıb.

Şura sədri çıxışında habelə iştirakçıları Azərbaycanda koronavirusa ölkə miqyasında yoluxma halları, infeksiyanın qarşısının alınması, peyvəndləmə ilə əlaqədar da statistik göstəricilərlə tanış edib.

Konfransdakı müzakirələr gedişində media azadlığının və bu sahədəki problemlərin müxtəlif təzahür formalarına diqqət yetirilib, koronavirus pandemiyasının söz azadlığına təsiri müstəvisində tendensiyalar nəzərdən keçirilib. Bildirilib ki, pandemiya şəraiti həm jurnalistlərin sərbəst fəaliyyəti baxımından, həm də ümumən peşəkarlıq yanaşmalarında fərqli meylləri meydana çıxarıb. Əgər pandemiyanın ilk aylarındakı təlaş mühiti mediaya da ciddi təsirlər göstərirdisə, artıq bu sayaq hallarda azalmalar müşahidə edilməkdədir. Bununla belə sahəni diqqətdə saxlamağa ehtiyac var.

Əflatun Amaşov Mətbuat Azadlığı Günü ilə bağlı onlayn konfransa qatılıb

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar