Xəbər lenti
Prezidentin mətbuat konfransında İranlı jurnalist özünü pis vəziyyətə saldı - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında "İran xəbər agentliyi”nin müxbiri Azərbaycan Prezidentinə "Cənab Prezident, hazırda terrorçuluq beynəlxalq icma üçün böyük bir çağırışdır. Dağlıq Qarabağ müharibəsində terrorçu qrupların iştirakı barədə xəbərlər yayılmışdı və bu da regional ölkələrə təsir göstərib. Hansı kollektiv şəkildə tədbirlər aparılmalıdır ki, bu cür çağırışa cavab verilsin və Azərbaycan Respublikası bu konteksdə hansı tədbirləri atmalıdır?” sualını verib.
Prezident İlham Əliyev jurnalistin "sualına” cavab verib.
Prezident əvvəlcə "sualı” aydınlaşıdırmaq istəyib: "Siz terrorçu qruplar barədə "hesabatlar” dedikdə bəzi istinadlar vermisiniz. Siz dəqiqləşdirə bilərsiniz hansı "hesabatlar” barədə danışırsınız?"
Daha sonra Prezident mikrofonun həmin "jurnalist”ə ötürülməsini istəyib.
Jurnalist isə deyib: "Biz bəzi "hesabatlar”da, regional xəbər agentliklərindən bunu eşitmişik. İcazə versəniz, mən onları söyləməzdim”.
Daha sonra çıxış edən Prezident İlham Əliyev deyib ki, "sizin "sualınız” bir növ ittihama bənzəyir. Ona görə mən bilmək istəyirəm, hansı "hesabatlar”a istinad edirsiniz? Çünki bəzi hesabatlar sözünü hamı deyə bilər. Siz mənə mənbə verə bilərsiniz? Heç olmasa, bir mənbə”.
Jurnalist daha sonra Prezident İlham Əliyevin ona ünvanladığı sualdan boyun qaçıraraq, Prezidentdən növbəti sualına cavab verməyi xahiş edib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar