Sizin Reklam Burada
Xəbər lenti
10-05-2024
09-05-2024
BÜTÜN XƏBƏRLƏR

“Yeni Azərbaycan” qəzetinin maliyyəsi azaldıldı

Tarix: 06-01-2021 12:53     Baxış: 4147 A- / A+
“Yeni Azərbaycan” qəzetinin maliyyəsi azaldıldı


Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) "Yeni Azərbaycan” qəzetinin maliyyəsini azaldaraq onu günaşırı nəşrlərə aid edib.

Manevr.az
xəbər verir ki, yanvarın 6-da fond ilin birinci yarısında qəzet redaksiyalarına aylıq maliyyə yardımının göstərilməsi üzrə müsabiqənin nəticələrini açıqlayıb.

Üç sahə üzrə qalib elan olunan qəzetlər gündəlik (həftədə beş dəfə), iki sahə üzrə qalib elan edilən qəzetlər günaşırı (həftədə üç dəfə), bir sahə üzrə qalib elan olunan qəzetlər isə həftədə bir dəfə nəşr olunmaq imkanı qazanıb.

"Yeni Azərbaycan” qəzeti iki sahə üzrə qalib elan edilib. Bu o deməkdir ki, KİVDF indiyədək gündəlik çıxan "Yeni Azərbaycan” qəzetinin bu ilin birinci yarısında yalnız günaşırı (həftədə üç dəfə) nəşrini dəstəkləyəcək.

"Yeni Azərbaycan” qəzeti hakim Yeni Azərbaycan Partiyasının mətbu orqanıdır. Qəzet 1993-cü il aprelin 10-dan çıxır.

Yeni Azərbaycan Partiyası 1993-cü ilin payızından hakimiyyətdədir. Partiyanın sədri hazırkı dövlət başçısı İlham Əliyevdir.

"Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Milli Məclisin üzvüdür.

Novator.az saytı KİVDF-nin bu ilin birinci yarısında qəzet redaksiyalarına aylıq maliyyə yardımının göstərilməsi üzrə müsabiqəsinin bütün nəticələrini təqdim edir.

Üç sahə üzrə qalib elan olunan qəzetlər:


"525-ci qəzet”

"Bakı xəbər”

"Səs”

"Şərq”

"Yeni Müsavat”.

İki sahə üzrə qalib elan edilən qəzetlər:

"Yeni Azərbaycan”

"Azernews”

"Ədalət”

"Hürriyyət”

"Xalq Cəbhəsi”

"Novoye vremya”.

Bir sahə üzrə qalib elan olunan qəzetlər:

"Azad Azərbaycan”

"Həftə içi”

"Nedelya”

"Olaylar”

"Paralel”

"Türküstan”

"Unikal”

"Hərbi and”.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2009-cu il aprelin 3-də yaradılıb. 2009, 2013 və 2017-ci illərdə prezident İlham Əliyev Vüqar Səfərlini qurumun icraçı direktoru təyin edib.

2020-ci il aprelin 4-də prezident Vüqar Səfərlini icraçı direktor vəzifəsindən çıxarıb. Dövlət başçısının digər sərəncamı ilə Əhməd İsmayılov icraçı direktor təyin olunub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar