Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ekspert: “KİV haqqındakı qanunvericilik dövrün çağırışlara cavab vermədiyindən yenisi hazırlanmalıdır”

Tarix: 18-09-2020 15:46     Baxış: 3170 A- / A+
Ekspert: “KİV haqqındakı qanunvericilik dövrün çağırışlara cavab vermədiyindən yenisi hazırlanmalıdır”


“1999-cu ildə “KİV haqqında” qəbul edilən mövcud qanun zamanın tələblərinə cavab vermir. Ümumiyyətlə müasir dövrün çağrışları ilə ayaqlaşmır”.


Manevr.az xəbər verir ki, bunu ölkə.az-a açıqlamasında media eksperti Azər Həsrət deyib.

Onun sözlərinə görə, KİV haqqında qanunvercilik bazası yaradılanda indiki media müstəvisi və diferensiallaşması yox idi. “Yəni qəzet, agentlik, jurnal, televiziya və radio var idi. O baxımdan da KİV haqqında qanunvericilik bu medianın fəaliyyətinin hüquqi mexanizmini təmin edir. Sonrakı mərhələdə onlayn, sosial meda ortaya çıxdı və artıq bu medialar dünyanın gündəmini müəyyən edir. Ona görə də 1999-cu ildə qəbul edilən qanun mütləq yenidən işlənməlidir”- ekspert qeyd edib.

Ekspert təklif edir ki, ümumiyyətlə medianın fəaliyyətini tənzimləyən yeni qanun hazırlanmalıdır: “Çünki mövcud qanuna nə qədər dəyişiklik ediləs də, dövrün tələblərinə cavab verməyəcək və boşluqları aradan qaldırmaq mümkün olmayacaq. Odur ki, yeni qanun hazırlanmalıdır və bu qanun dövrün çağrışları nəzərə alınmaqla hazırlanmalıdır. Eyni zamanda telekanalar haqqında xüsusi ilə də İTV haqqında dövrün tələblərinə cavab verən yeni qanun hazırlanmasına zərurət var. Müasir dövrdə hansı media növü olmasından asılı olmayaraq sosial mediaya inteqrasiya olunmayacaqsa, dövrün tələblərindən geri qalacaq. Yeni qanunlaırn hazırlanması zamanı deputatlar və müavfiq dövlət qurumları ilə yanaşı, bu sahəyə uyğun fəaliyyət göstərən QHT-lər, media ekspertləri, geniş media ictimaiyyəti cəlb olunmalı, eyni zamanda beynəlxalq təcrübə öyrənilməlidir. Belə olarsa ortaya təkmil qanun hazırlayıb ortaya çıxarmaq olar”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar