Sizin Reklam Burada
Xəbər lenti
01-02-2026
31-01-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı jurnalist dinini dəyişdi — SƏBƏB

Tarix: 15-09-2020 10:28     Baxış: 3347 A- / A+
Azərbaycanlı jurnalist dinini dəyişdi — SƏBƏB


Azərbaycandan olan jurnalist və yazıçı Abil Həsənov Almaniyaya mühacirət edib və orada sığınacaq almaq üçün xristianlığı qəbul edib. Bu haqda "Westfalen-Blatt” adlı alman nəşri yazır.

Baptist icması Həsənovu və onun ailə üzvləri öz sıralarına qəbul edib. Həsənova da elə bu lazım idi. Dinini dəyişərək Həsənov özünün alman vəkili ilə birlikdə bəyan edib ki, indi heç bir halda onu geri deportasiya etmək olmaz. Çünki Azərbaycanda "xristianlığı qəbul edənləri təqib edirlər”. Lakin bu yalana Almaniya hökuməti də inanmayıb və azərbaycanlı jurnalistə sığınacaq verməkdən imtina edib.
Xəbər verilir ki, 52 yaşlı Həsənov Azərbaycanda bir sıra müxalif KİV-lərdə işləyib, Almaniyada isə arvadı ilə birlikdə Şols-Holte-Ştukenborq şəhərindəki avtobus şirkətində süpürgəçi işləyir. Onlar ayda 2 min avro qazanır, bunun 1300 avrosunu şəhər vergilərinə ödəyir. Ər, arvad və onların 16 yaşlı oğlu müvəqqəti yataqxanada yaşayır.

Almaniyanın miqrasiya xidməti Həsənova sığınacaq verməkdən imtina edib, çünki Azərbaycanı xristianlar üçün təhlükəsiz ölkə sayıb. İndi Həsənov və onun vəkili bütün vasitələrlə bunun tərsini sübut etməyə, mümkün qədər çox Almaniyada qalmağa çalışır. /virtualaz.org

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar