Sizin Reklam Burada
Xəbər lenti
18-08-2025
17-08-2025
BÜTÜN XƏBƏRLƏR

Lavrova sual verən Lider TV-nin əməkdaşı işdən çıxarıldı

Tarix: 21-01-2017 21:51     Baxış: 4419 A- / A+
Lavrova sual verən Lider TV-nin əməkdaşı işdən çıxarıldı


Lider TV-nin Rusiyadakı müxbiri Anar Həsənovun işindən kənarlaşdırıldığı bildirilir.

Manevr.az xəbər verir ki, bu barədə Musavat.com-a məlumatlı mənbə xəbər verib.Onun sözlərinə görə, 4 gün öncə Rusiyanın Xarici işlər naziri Sergey Lavrova gözlənilməz sual verərək, onun açıq danışmasına və “Dağlıq Qarabağ ərazisində güc əməliyyatlarının və döyüş hərəkətlərinin keçirilməsi Azərbaycanın daxili işi deyil”, - deyə cavab verməsinə səbəb olmuş jurnalistin bu hərəkəti bəzi dairələrdə narahatlıqla qarşılanıb.

Əldə etdiyimiz xəbərə görə, jurnalistin Rusiyadakı fəaliyyətinin dayandırılması barədə "vəsatət"i ölkəmizin Moskvadakı səfiri Polad Bülbüloğlu qaldırıb. O hesab edib ki, jurnalist xarici işlər nazirinə verdiyi bu sual və nazirin suala açıq cavab verməsi ilə iki ölkənin dostluq münasibətlərinə xələl gəlib. Səfir jurnalistin sualını "təxribatçı sual" kimi dəyərləndirib və bu cür sual verdiyinə görə onun ünvanına ağır sözlər işlədib, hətta jurnalisti təhqir etməkdən də çəkinməyib.

Ancaq ölkəmizdə fəaliyyət götərən politoloqların, eləcə də televiziya mütəxəssislərinin fikrincə, jurnalist Anar Həsənov ölkəmiz üçün çox faydalı olan bir hərəkət edib, rusiyalı nazirin təmsil etdiyi dövlətin Qarabağ məsələsində siyasi xəttinin nədən ibarət olmasını regiona və dünyaya göstərilməsinə səbəb olub.

Xatırladaq ki, həmkarımzın Lavrova ünvanladığı sual aşağıdakı kimi olub: "Azərbaycan tərəfinin antiterror əməliyyatlarına başlayacağı və işğal olunmuş əraziləri işğalçılardan təmizləyəcəyi təqdirdə Moskva necə hərəkət edəcək: buna göz yumacaq, yoxsa Azərbaycanın daxili işlərinə qarışacaq?”

Lavrovun bu suala nə cavab verdiyi isə yuxarıda verilib. Üstəlik 5-ci gündür ölkə mediası və sosial şəbəkələr bu məsələyə fokuslanıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar