Xəbər lenti
Ronaldu 100-cü qolunu şərh etdi

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu yığmanın heyətində vurduğu 100-cü qolunu şərh edib.
Manevr.az qol.az-a istinadən xəbər verir ki, bununla bağlı 35 yaşlı hücumçu özünün "İnstaqram" səhifəsində yazıb: "Bu tarixi mərhələyə çatmağımda mənə kömək edən bütün həmkarlarıma, məşqçilərimə və milli komandanın işçilərinə təşəkkür edirəm".
Qeyd edək ki, Ronaldu dünən UEFA Millətlər Liqasının 2-ci turunda İsveçlə matçda (2:0) dubla imza ataraq yığmadakı 100 və 100-ci qollarını vurub. Bununla da "Yuventus"un üzvü millidə 100 qol həddinə çatan ikinci futbolçu olub. Buna qədər İran millisinin sabiq hücumçusu Əli Daei yığmada 100-dən artıq qol vurmağı bacarıb. Azərbaycan əsilli keçmiş futbolçu 109 qolla milli komandalar arasında futbol tarixinin ən yaxşı bombardiridir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































