Xəbər lenti
Deputat media nümayəndələrini və jurnalistləri təbrik etdi

Manevr.az xəbər verir ki, Milli Məclisin deputatı Anar Məmmədov "22 iyul Milli Mətbuat və Jurnalistika Günü" münasibətilə bütün KİV nümayəndələrini təbrik etmişdir.
Təbriki təqdim edirik:
Ulu öndər Heydər Əliyev : “Demokratik, hüquqi, dünyəvi dövlətdə, qanunlarla yaşayan dövlətdə jurnalistika çox vacib bir peşədir, mətbuat çox vacib bir sahədir. Bu, mənim fikrimdir və mən bu fikrimi heç vaxt dəyişməyəcəyəm”
Əziz media nümayəndələri, hörmətli jurnalistlər!
Milli mətbuatın yaranmasının 145-ci ildönümü münasibətilə bütün məqamlarda qərəzsiz və vicdanlı mövqedə dayanan, dövlətimizin, millətimizin və xalqımızın mənafeyini hər şeydən üstün tutan, qələmin müqəddəsliyinə sadiq qalan bütün jurnalistləri, yaxından, uzaqdan mətbuatla əlaqəsi olan bütün KİV nümayəndələrini Milli Mətbuat günü münasibətilə təbrik edir, çətin və şərəfli fəaliyyətinizdə davamlı uğurlar arzu edirəm.
Qələminiz iti, sözünüz kəsərli, vicdanınız təmiz olsun dəyərli dostlar!
Bayramınız mübarək
Hörmətlə Anar Məmmədov
Milli Məclisin deputatı
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar