Sizin Reklam Burada
Xəbər lenti
27-08-2025
26-08-2025
BÜTÜN XƏBƏRLƏR

Mətbuat Şurası jurnalistin ölümüi lə bağlı nekroloq yaydı

Tarix: 14-07-2020 18:15     Baxış: 4311 A- / A+
Mətbuat Şurası jurnalistin ölümüi lə bağlı nekroloq yaydı


Mətbuat Şurası 82 yaşında vəfat edən jurnalist, "Xalq qəzeti"nin keçmiş əməkdaşı Firudin Fəsulovun ölümü ilə bağlı nekroloq yayıb.

Manevr.az xəbər verir ki, nekroloqda deyilir:

"Azərbaycan jurnalistikasına ağır itki üz verib. Qocaman jurnalist, “Xalq qəzeti”nin keçmiş əməkdaşı Firudin Rəsulov uzun sürən xəstəlikdən sonra 82 yaşında vəfat edib. Ömrünün 50 ildən çoxunu milli mətbuatımıza xidmətdə keçirmiş Firudin Yusif oğlu Fəsulov zəngin, mənalı həyat və yaradıcılıq yolu keçib.

Tanınmış jurnalist 1938-ci ildə Qərbi Azərbaycanın Zəngibasar mahalının Zəngilər kəndində anadan olub. 1962-ci ildə Bakı Dövlət Universitetini jurnalistika ixtisası ilə bitirən gənc və istedadlı qələm sahibi “Abşeron” qəzetində müxbir, şöbə müdiri, məsul katib vəzifələrində işləyib.

1969-cu ildə respublikanın avanqard mətbu nəşri olan “Kommunist” qəzetinə (indiki “Xalq qəzeti”) işə dəvət edilən təcrübəli jurnalist canlı jurnalistika məktəbi sayılan bu redaksiyada uzun illər məsul katibin müavini, ədəbi işçi, müxbir, şöbə müdiri, bölgə müxbiri vəzifələrində çalışıb. Onun Dağlıq Qarabağ üzrə xüsusi müxbir olarkən qəzetdə çap olunmuş məşhur “Topxana harayı” yazısı tarixə “Milli dirçəliş günü” adı ilə düşmüş 17 Dekabr meydan hadisələrinin başlanmasına siqnal olub.

Firudin Rəsulov 1992-1994-cü illərdə “Həyat” qəzetinin şöbə müdiri, sonra isə baş redaktoru vəzifələrində çalışıb. Tanınmış jurnalist müstəqil Azərbaycanın Mətbuat və İnformasiya Nazirliyinin kütləvi informasiya vasitələri idarəsinin redaktoru olub. Həmkarımız sonrakı illərdə fəaliyyətini “Azərsu” ASC-də davam etdirib.

Firudin müəllim Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin qurucularından biri olub, ölkənin media həyatında yaxından iştirak edib.

Peşəkar jurnalist, yurdsevər ziyalı və xeyirxah insan Firudin Rəsulovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin!".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar