Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Jurnalistlərin binasında yoxlama başladı – Cinayət işi açıla bilər

Tarix: 02-05-2020 10:23     Baxış: 4331 A- / A+
Jurnalistlərin binasında yoxlama başladı – Cinayət işi açıla bilər


Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda audit yoxlamalarına başlanılıb.

Manevr.az xəbər verir ki, bakupost-un əldə etdiyi məlumata görə, yoxlamalar, əsasən, jurnalistlər üçün tikilən binalarla bağlı aparılır. Buna görə də audit yoxlamalarına binanı inşa edən "Portos İnşaat” da cəlb edilib.

Məlumatda bildirilir ki, KİVDF-nin keçmiş rəhbərliyi lazımi sənədləri "qaydasına” salmaq məqsədilə jurnalistlər üçün tikilən binalarda çalışmış insanlardan, xüsusən inşaat mühəndislərindən yardım istəyiblər.

Məlumatlı şəxslər audit yoxlamalarının ciddi yeyinti izinə düşdüyünü bildirirlər. Təxminlər doğrulsa, "Portos İnşaat”, "Jurnalist Evi” MMC, eləcə də KİVDF-nin keçmiş direktoru Vuqar Səfərli barədə cinayət işinin açılması qaçılmaz olacaq.

Sayt audit yoxlamaları ilə bağlı məlumatı dəqiqləşdirmək üçün "Jurnalist Evi” MMC-nin direktoru Bünyamin İsmayılovla əlaqə saxlayıb. B.İsmayılov yoxlamaların aparıldığını təkzib etməyib:

"Bu barədə çox az məlumatım var. Mən də elə sizin kimi eşitmişəm. Dəqiq heç nə bilmədiyim üçün sizə yanlış informasiya verə bilərəm.

Mən Jurnalistlərin binasındakı ofisdə oturmuşam, söhbət isə "Mətbuat” Prospektində baş verənlərdən gedir (KİVDF-nin ofisi mətbuat prospektində yerləşir – red). Bütün günüm burda keçir, yaşımla əlaqədar ofisdən çıxa bilmirəm. 25 gündür ofisdə yaşayıram, evimə belə getmirəm.

KİVDF-yə təzə gələnlərdən də, bircə Vüqar Səfərlinin yerinə təyin olunmuş Əhməd müəllimi tanıyıram. Başqa heç nə bilmirəm”.

Xatırladaq ki, bir müddət öncə sözügedən sayt yeni icraçı direktor Əhməd İsmayılovun KİVDF-də təhvil-təslim apararkən ciddi çatışmazlıqlar, qanun pozuntuları aşkarladığını yazmışdı.

Yazıda qeyd olunurdu ki, yeni direktor qurumun əvvəlki komandada yer alan əksər işçilərini, o cümlədən "Verso-M” tikinti şirkətinin sahibi, milyonçu, tikinti maqnatı Mehrac Babayev və fondun tərkibində olan "Tikinti Şöbəsi”nin 5 əməkdaşını işdən uzaqlaşdırıb.

Qeyd edək ki, Vüqar Səfərli KİVDF-yə 2009-cu ildən rəhbərlik edirdi.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar