Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

“İlahiyyatçı” qəzetinin fevral buraxılışında

Tarix: 05-03-2020 11:58     Baxış: 5222 A- / A+
“İlahiyyatçı” qəzetinin fevral buraxılışında

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “İlahiyyatçı” qəzetinin növbəti - fevral buraxılışı çap olunub.

Mətbu orqanın birinci səhifəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirakı, Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan gənclərini təbriki, eyni zamanda, Mehriban xanım Əliyevanın rəsmi “Instagram” səhifəsində Xocalı soyqırımı ilə bağlı paylaşımı, 2020-ci il Gənclər üçün münasibətilə Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı yer alıb.

Mətbu orqanın fevral buraxılışında “Aİİ-də ilk dərslər Xocalı soyqırımına həsr olunub”; “Xocalı soyqırımı anılıb”; “Xocalı soyqırmının 28-ci ildönümü ilə bağlı tədbir”; “Xüsusi təyinatlı İbad filmi nümayiş olunub”; “Azərbaycan İlahiyyat İnstitutu Türkiyənin İstanbul şəhərində Xocalı soyqırımı ilə bağlı tədbir keçirib”; “Fələstinin ölkəmizdəki səfiri Aİİ-də”; “Rektor təcrübəyə yollananlara tövsiyələrini verdi”; “Tələbələrimiz Əlyazmalar İnstitutunda”; “Beynəlxalq əlaqələr genişləndirilir”; “Ukraynalı jurnalistlə görüş”; “Din araşdırmaları” jurnalı dövri elmi nəşrlərin siyahısına daxil edilib”; “Azərbaycan İlahiyyat İnstitutu YÖK tərəfindən tanındı”; “Qarabağ əcdadlarımızın mirası” sənədli filmi nümayiş olunub”; “Abituriyentlərlə görüş”; “Azərbaycan İlahiyyat İnstitutunun “Qış məktəbi”; “Aİİ-nin iki yaşı oldu”; “Payız semestrinin yekunları ilə bağlı iclas”; “Beynəlxalq əməkdaşlığa start verildi”; “Tələbə Gənclər Təşkilatının üzvləri “Ana harayı” memorial kompleksini ziyarət ediblər”; Azərbaycan Universitetləri Sərgisi-2020”; “Tələbələr Mirzə Fətəli Axundov adına Milli Kitabxanada”; “Son nəfəsədək”; “Aİİ-də növbəti iclas”; “Bioetika və din”; “Rektor ingilis dili kursunda iştirak edəcək tələbələrlə görüşüb” başlıqlı yazılar dərc olunub.

“İlahiyyatçı”nın müxtəlif səhifələrində Aİİ müəllimlərinin və əməkdaşlarının “Azərbaycan İlahiyyat İnstitutunda könüllülük fəaliyyəti”; “Qloballaşan dünya və müasir təhsil”; “Cəfər İbn Məhəmməd”; “Nuhun tufanı, ya da içimizdəki fırtına” başlıqlı yazılar yer alıb.

Qəzetin növbəti səhifələrində Aİİ tələbələrinin “İslamofobiya qaragüruhçuların düşüncə formasıdır”; “Öyrənirik ki, nə vaxtsa biz də öyrədək” başlıqlı məqalələri yer alıb.

Məlumat üçün bildirək ki, “İlahiyyatçı” qəzetinin nəşr olunmasında məqsəd İnstitutun fəaliyyəti, həyata keçirdiyi layihələr barədə ictimaiyyəti məlumatlandırmaq, gənclərdə vətənpərvərlik ruhunu gücləndirmək, onların intellektual səviyyəsini və dünyagörüşünü zənginləşdirmək, ölkəmizdə dini maarifləndirmə işinə töhfə verməkdir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar