Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Dəymiş ziyan aradan qaldırılana kimi iki ailə kirayə mənzillərə yerləşdirləcək - Dövlət Komitəsindən AÇIQLAMA

Tarix: 26-01-2020 19:14     Baxış: 4164 A- / A+
Dəymiş ziyan aradan qaldırılana kimi iki ailə kirayə mənzillərə yerləşdirləcək - Dövlət Komitəsindən AÇIQLAMA

Bu gün saat 11 radələrində Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Fətəliyev 78 ünvanında yerləşən köhnə poliklinika binasının ikinci mərtəbəsində yanğın baş verib. Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən dərhal söndürülüb.

Yanğın baş verdikdən dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin köməkçisi, miqrasiya, məşğulluq, status və sosial təminat şöbəsinin müdiri və komitənin yerli nümayəndəliyi və Dövlət Komitəsi tərəfindən yaradılmış komissiya hadisə yerinə gedib, siyahıyaalınma aparılıb, dəymiş zərər araşdırılıb.

Qeyd edilən ünvanda, əsasən Cəbrayıl rayonundan 40 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşıb. Hadisə nəticəsində üç mətbəx, yanğının söndürülməsi zamanı isə dəhlizin tavanına ziyan dəyib. Mətbəxinə ziyan dəymiş üç ailə ilə aparılan söhbət nəticəsində onlara kirayə mənzildə yerləşmək təklif olunub. İki ailə təklifi qəbul edib.

Təəssüflə qeyd edirik ki, məcburi köçkünlərlə komitənin əməkdaşlarının apardığı söhbətdən sonra özünü “Azad söz" adlı sosial şəbəkə üzərindən fəaliyyət göstərən media təmsilçisi kimi təqdim edən Fatimə Mövlamlı və Əvəz adlı şəxslər hadisə yerinə gələrək məcburi köçkünləri hüquqa uyğun olmayan hərəkətlər etməyə, yolu bağlamağa və aksiya keçirməyə çağırıb. Dövlət Komitəsi KİV nümayəndələrinin bu cür qeyri-obyektiv hərəkətlərini qınayır və onları diqqətli olmağa çağırır.

Qeyd edək ki, yanğın nəticəsində dəymiş ziyan aradan qaldırılana kimi iki ailə Dövlət Komitəsi tərəfindən kirayə mənzillərə yerləşdirləcək.

Hazırda FHN-in mütəxəssisləri tərəfindən yanğının başvermə səbəbləri araşdırılır. Araşdırmadan sonra yekun rəy veriləcək. Rəy əsasında müvafiq hüquqi addımlar atılacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar