Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
12-10-2025
BÜTÜN XƏBƏRLƏR

Baş redaktor güc nazirlərinə müraciət etdi

Tarix: 08-10-2019 13:47     Baxış: 3210 A- / A+
Baş redaktor güc nazirlərinə müraciət etdi

Son günlər Unikal.org xəbər portalına haker hücumları intensiv hal alıb. Dünən gecə saatlarından başlayaraq portala haker hücümü daha da artıb. Texniki heyət önləyici tədbirlər görsə də, sayta giriş məhdudlaşıb.

Manevr.az xəbər verir ki, bu barədə teleqraf.com-a açıqlama verən Unikal Media Qrupun rəhbəri Asəf Rzayev deyib ki, son günlər sayta yayımlanan xəbərlər ictimai rəydə rezonans doğurduğu üçün kimlərsə bundan ciddi narahat olur: "Təbii ki, biz bu hücumların kimlər tərəfindən təşkil olunduğunu deyə bilməsək də, müəyyən şübhələrimiz var. Xüsusən qeyd edim ki, İctimai Televiziyanın rəhbəri Balakişi Qasımovun kabinetindəki yanğınla bağı video yayımladıqdan və dünən gecə Baş nazir Novruz Məmmədovun istefa ərizə ilə bağlı xəbər yayımlanandan sonra sayta genişmiqyaslı hücum başladı. Hücumlar müxtəlif istiqamətlərdən olduğunda qarşısını almaq mümkün olmayıb. Hazırda texniki heyət saytın arxivinin qorunması istiqamətində ciddi səy göstərir. Çünki hücumun sifarişini kim veribsə, Unikal.org-a ciddi zərbə vurmaq istəyir".

Media Qrupun rəhbəri Asəf Rzayev DTX rəisi Əli Nağıyevə, Baş Prokuror Zakir Qaralova və Daxili İşlər Naiziri Vilayət Eyvazova müraciət edərək Unikal.org xəbər portalına qarşı təşkil olunan haker hücumunun qarşısının alınması ilə bağlı göstəriş verilməsini xahiş edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar