Sizin Reklam Burada
Xəbər lenti
22-01-2025
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

Media təşkilatı Sumqayıt gənclərinə multikultural dəyərlərdən bəhs edib

Tarix: 13-12-2016 21:16     Baxış: 1264 A- / A+
Media təşkilatı Sumqayıt gənclərinə multikultural dəyərlərdən bəhs edib



“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi Sumqayıt şəhər İcra Hakimiyyətinin dəstəyilə bu gün Sumqayıt Dövlət Texniki Kollecində “Azərbaycan multikulturalizminin mediada təbliği” adlı tədbir keçirib. Tədbirdə yerli icra hakimiyyətinin nümayəndələri, QHT təmsilçiləri, jurnalistlər və tələbələr iştirak ediblər.

Sumqayıt şəhər İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fərman Kazımov dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasındakı əməkdaşlığı yüksək qiymətləndirib. Müdir müavini deyib ki, hər bir Azərbaycan vətəndaşının başlıca vəzifəsi yad ideologiyaların ölkəmizə ayaq açmasının qarşısını almaqdır. “Təqdirəlayiq haldır ki, QHT-lər bu prosesdə öncülülk edirlər”, - deyə F.Kazımov bildirib.

“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə deyib ki, bu cür tədbirlərin keçirilməsində məqsəd ölkəmizdə hökm sürən sağlam mənəvi mühitin inkişafına töhfə verməkdir. S.Verdizadə bildirib ki, Azərbaycan xalqı dədə-babalarımızdan bizə miras qalmış milli-mənəvi dəyərlərə, dövlət-din münasibətlərinə həmişə həssas yanaşıb: “Bu isə bir daha sübut edir ki, tolerantlıq Azərbaycan xalqının ruhuna hopub”.

Tanınmış jurnalist Azərbaycan mətbuatının milli-mənəvi dəyərlərə, ölkəmizdə mövcud olan birgəyaşayış modelinə həmişə həssas yanaşdığını vurğulayıb. S.Verdizadə deyib ki, mətbuatın humanist ideyaların təbliğatçısına çevrilməsi ölkəmizdə hökm sürən sağlam mənəvi mühitin güclənməsinə təkan verir.

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov multikiutural dəyərlərə bağlı olan cəmiyyətlərin qazandığı uğurlardan danışıb. Qeyd edib ki, Azərbaycan mədəniyyətlərin qovuşduğu məkanda yerləşdiyi üçün həmişə dinlər və svilizasiyalar arasında aparıcı rol oynayıb. “Azərbaycanda mövcud olan birgəyaşayış modeli təkcə Qafqaz xalqları deyil, bütövlükdə dünya üçün yaxşı nümunədir”, - deyə Ç.Bayramov bildirib.

Media təşkilatı Sumqayıt gənclərinə multikultural dəyərlərdən bəhs edib

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar