Sizin Reklam Burada
Xəbər lenti
07-05-2024
BÜTÜN XƏBƏRLƏR

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirildi - ŞƏKİL

Tarix: 03-10-2019 16:20     Baxış: 3217 A- / A+
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirildi - ŞƏKİL

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.

Mətbuat Şurasından verilən xəbərə görə, toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib. İclasda əvvəlcə “Tac Mahal” MTK-nın inşa etdiyi binanın sakinləri adından Ağalar Cavadov, Əsgər Hüseynov və Habil Məmmədovun “Gundemxeber.az” xəbər saytına qarşı şikayətinə baxılıb.

Bəlli olub ki, bina sakinləri ilə MTK rəhbərliyi arasında yaranmış narazılığın ciddi əsasları var. Narazılıq yaradan səbəblərin aradan qaldırılması üçün müvafiq dövlət qurumlarına müraciət edilib və rəy alınıb. “Gundemxeber.az” xəbər saytı isə mövzu ilə bağlı hazırlayıb yayımladığı materialda birtərəfli davranıb. MTK sədrinin özünə bəraət qazandıran açıqlamalarını yayımlasa da, qarşı tərəfin - sakinlərin mövqeyinə əhəmiyyət verməyib.

Komissiya üzvləri bildiriblər ki, “Gundemxeber.az” xəbər saytının adı MŞ-nin “qara siyahısı”nda olduğundan Şikayətlər üzrə Komissiya bu barədə əlavə rəy vermir. Bu baxımdan şikayətçilərə müvafiq orqanlara müraciət ünvanlamaq tövsiyə olunub.

Komissiya üzvləri Ucar rayon sakini Mirsəfa Musayevin bir sıra onlayn media qurumlarına qarşı şikayətini də araşdırıb. M.Musayev Ağdaş rayonunun bir qrup sakininin adından imzalanan, Ağdaş RİH-dən şikayət motivli ərizəyə özünün adının şikayətçi qismində daxil edilməsindən narazıdır.

Ucar rayon sakini olan şikayətçi ümumən Ağdaşla hər hansı bir bağlılığının olmadığını bildirib. KİV-lər isə dəqiqləşdirmə aparmadan onu da şikayətçi qismində təqdim ediblər. İclasda iştirak edən KİV təmsilçiləri yol verilmiş yanlışın aradan qaldırılması üçün razılığa gəliblər. Bununla məsələ öz həllini tapıb.


Manevr.az

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirildi - ŞƏKİL
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirildi - ŞƏKİL



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar