Sizin Reklam Burada
Xəbər lenti
19-06-2026
18-06-2026
BÜTÜN XƏBƏRLƏR

Erməni qadın Bakıda jurnalist oldu -FOTO

Tarix: 12-12-2016 18:56     Baxış: 3230 A- / A+
Erməni qadın Bakıda jurnalist oldu


Bu yaxınlarda Bakıda sülhməramlı konfransda iştirak edən Ermənistandan olan hüquq müdafiəçisi və jurnalist Syuzan Caqinyan yaşamaq üçün Azərbaycanda qalır.

Caqinyan nəşrin ştat işçisi olub. Onun işinə Ermənistandakı hadisələri işıqlandırma daxil olacaq.

Məlumatda həmçinin qeyd edilir ki, Caqinyan Ermənistan vətəndaşlığından imtina etmək arzusunu bildirib və BMT-nin Azərbaycandakı nümayəndəliyinə onun siyasi qaçqın kimi tanınması üçün müraciət edib.

Ermənistan vətəndaşlığından imtina səbəbi kimi o, ölkəsində uzun illər ərzində müntəzəm olaraq haqlarının pozulduğunu deyib.

Ona qarşı cinayət işi açılıb, əmlakı müsadirə edilib. Buna səbəb isə erməni məmurlarının korrupsiyaya uğramasına dair materiallar olub.

“Meridian” hüquq-mühafizə QHT sədr müavini Syuzan Caqinyan, noyabrın 8-də Bakıya “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və tənzimləmə perspektivləri. Ermənistan və azərbaycandan baxış” adlı beynəlxalq konfransda iştirak etmək üçün gəlib.

Onunla bərabər Bakıya daha iki erməni hüquq-mühafizəçisi Vaqe Avetyan və Vaan Martirosyan da gəlib.

Azərbaycan tərəfini konfransda Dağlıq Qarabağda Azərbaycan İcmasının üzvləri Rövşən Rzayev, Bakı Dövlət Universitetinin professoru Kamil Səlimov, “İctmaiyyətlə əlaqələrin inkişafına dəstək” İB sədri Şəlalə Həsənova təmsil edib. Haqqin.az

Manevr.az

Erməni qadın Bakıda jurnalist oldu

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar