Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
12-10-2025
BÜTÜN XƏBƏRLƏR

Vüqar Səfərli: “Jurnalistlərə verilən evlər onlardan alına bilməz”

Tarix: 04-09-2019 14:38     Baxış: 4227 A- / A+
Vüqar Səfərli: “Jurnalistlərə verilən evlər onlardan alına bilməz”


"Jurnalistlərə verilən evlər onlardan alına bilməz”.

Manevr.az xəbər verir ki, bunu apa-ya açıqlamasında Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli deyib.

O bildirib ki, jurnalistlər üçün tikilən ikinci binaya köçürülmə başladıqdan sonra istismar aktının verilməsi üçün sənədlər hazırlanaraq Bakı şəhər İcra Hakimiyyətinə təqdim olunub: "Bir müddət sənədlər orada qaldıqdan sonra sərəncam verilməliydi ki, Arxitektura Komitəsi yaradıldı. Arxitektura Komitəsi isə formalaşana qədər vaxt keçdi. Biz yenidən bu sənədləri yığıb verdik və dedilər ki, növbə var, baxılacaq. Yəni, KİVDF-yə aid olan sənədlərin hamısını vaxtında vermişik. Avqustun 8-də isə bina istismara qəbul edilib. Hazırda Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə sənədləşmələrlə bağlı işlər aparılır. Birinci bina üçün də prosedurlar belə olub”.

V.Səfərli mətbuatda onun fikirlərinin yanlış anlaşıldığını qeyd edib: "Mən demişəm ki, bu gün o evlərdə jurnalistlər xidməti ev kimi yaşayırlar. Çünki o evlərə order və ya başqa heç bir sənəd verilməyib. Jurnalistlərə verilən evlər xidməti ev deyil. Heç kimin də əlindən alına bilməz. O, evlər cənab Prezidentin hədiyyəsidir. İndiyə qədər də o evlər heç kimin əlindən alınmayıb və bundan sonra da alınmayacaq. Bu gün orada yaşayan hər bir jurnalist istismar aktı ilə özünü və ailəsini həmin ünvana qeydiyyata sala bilər. Hesab edirəm ki, yaxın gələcəkdə həmin evlərə "kupça” da veriləcək”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar