Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

AzTV tətbiq etdiyi yeniliklərə dair söz-söhbətlərə aydınlıq gətirdi

Tarix: 15-06-2019 12:50     Baxış: 3159 A- / A+
AzTV tətbiq etdiyi yeniliklərə dair söz-söhbətlərə aydınlıq gətirdi

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyəti (QSC) "Palitra ART" verilişi ilə bağlı bir sıra saytlarda yayımlanan məlumatlara aydınlıq gətirib.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən musavat.com-a verilən məlumata görə, qarşı tərəfin mövqeyi öyrənilmədən verilişin səbəbi bildirilmədən bağlanılması, aparıcıya haqsızlıq edilməsi həqiqətə uyğun deyil: “Bəli, AzTV-də kreativ qrup yaradılıb və qrupa kifayət qədər təcrübəli , “Ağ-Qara”, “Gənclik stansiyası”, “Sağlam ol”, “Gün başladı” kimi kreativ layihələrin rəhbəri Nazilə Babayeva rəhbər təyin olunub. Burada məqsəd forma və məzmun baxımından kifayət qədər köhnəlmiş, müasir tamaşaçı tələblərinə cavab verməyən verilişləri müəyyən edərək onları ya başqa verilişlərlə əvəz etmək, ya da keyfiyyət baxımından dəyişdirməkdir. “Palitra ART” da bu verilişlərdəndir. Verilişin müəllifi ilə rəhbərlik bir neçə dəfə görüşüb, iradlarını bildirib”.

Qurumdan o da bildirilir ki, çox təəssüf ki, bəzi informasiya portalları AzTV-də son vaxtlar ard-arda müxtəlif mövzularda start götürən verilişlərin fonunda keyfiyyətcə uyğun olmayan bir verilişin bağlanmasını “qalmaqal” başlığı ilə, jurnalistika qaydalarına zidd olaraq qarşı tərəfin mövqeyini öyrənmədən tirajlayıb sensasiya kimi tirajlayıblar: “Hər televizyada adi hal sayılan verilişlər üzərində iş prosesi, hansısa layihənin bağlanması və ya açılması prosesinin belə qalmqal kimi təqdim edilərək şou yaradılması oxucularda çaşqınlıq yaradır ki, bu da peşə qaydaları baxımından arzuolunan hal deyil. Biz dəfələrlə həmkarlaımıza bildiririk ki, barəmizdə istənilən xəbəri və ya açıqlamanı yayan zaman bizim də ən azı mövqeyimiz öyrənilsin. AzTV həmişə həmkarların müraciətlərinə açıqdır, həmkarlarla əməkdaşlıqdan məmnun olardı”-deyə, məlumatda bildirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar