Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Nazilədən Xoşqədəmə: "Məndən üzr gözləmə"

Tarix: 15-06-2019 10:34     Baxış: 4138 A- / A+
Nazilədən Xoşqədəmə: "Məndən üzr gözləmə"


Şairə Nazilə Səfərli aylardır davam edən məhkəmədə uduzduğu aparıcı Xoşqədəm Hidayətqızına açıq məktub ünvanlayıb.

Manevr.az bildirir ki, o, "Facebook" səhifəsində yazdığı məktubda aparıcıdan üzr istəməyəcəyini deyib.

"Xoşqədəm, bir əsr də Allah sənə ömür versə, İnşallah olsun (ancaq əzabdır deyə sənə arzulamaram) hətta bir əsrdən də çox özünü məhkəmələrdə həlak edib, illərini, əsəblərini bu yolda qurban versən yenə sən məndən üzr gözləmə!!!

Millətin gözündə yalanlarla özünü məhv etmə - mənim tərəfimdən sənə qarşı bu sözlərin, bu addımın müəllifliyini sübut etmək iqtidarında olmadığın üçün xam xəyallarının əsiri olma!

Efir ata evi deyil. Çalışdığı məkanın sayəsində qazandığı İctimai nüfuzunu düşünən insan başqasının nüfuzuna əl uzatmaz! Özünü reallıqdan uzaq fantaziyana qurban etmə!

Mənim səni məhkəmələrə çəkmək haqqım səndən çox öncə (təxribatyönlü Pərvanə söhbətində ) başlaya bilərdi. Hə, özəlliklə tövsiyyə edirəm ki, əxlaqına bələd olmadığın insanları namus xonçasında efirə çıxarıb müdafiə etmə. Bakıda hamı hamını yaxşı tanıyır. Sənət adamları ilə də özünü əbəs yerə yaman etmə. Mən bu hadisəni (qondarma Pərvanə hadısəsini) sənə Şamxal müəllimin xətrinə keçdim və peşiman da deyiləm. Kiminsə gücünə qanunları qurban verib rüsvay etmə bu respublikanı!

"Show news"un təkzibi və ikimizin də qarşısında üzrünü xatırlatmaqla sənin şərəf və ləyaqətinin bədəli hesab etdiyin 100 min manatlıq arzularına bu andan son qoydum.

PS. Haqq sahibiyəm!
Məni tutdurmaga qüdrətin çatmaz!
Qalan mənə qarşı bütün cəhdlərdə isə aciz qaldın.
Ali məhkəmədə mənimlə qarşılaşmaga cəsarətin varmı?
Gələndə özünlə iki kub narkoz götürərsən, dərin yuxuya ehtiyacımız ola bilər.
Səndən nə dost kimi dost, nə düşman kimi..." deyə, o, statusunda yazıb.

Qeyd edək ki, Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə şairə Nazilə Səfərli Xoşqədəm Hidayətqızından üzr istəməli, dediyi sözləri təkzib etməli, bir sıra saytlarda dediyi fikirləri təkzib etməli və xanım aparıcıya təzminat ödəməlidir. tərəflər arasında bu qalmaqal Nazilə Səfərlinin keçmiş qardaşı arvadının Xoşqədəm Hidayətqızının Xəzər TV də yayımlanan "Səni axtarıram" verilişinə müraciət etməsi ilə başlanıb./axşam.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar