Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

KİVDF-dən 2 müsabiqə qərarı: Qəzetlər və jurnalistlər üçün

Tarix: 03-06-2019 20:02     Baxış: 3122 A- / A+
KİVDF-dən 2 müsabiqə qərarı: Qəzetlər və jurnalistlər üçün

İyunun 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Müşahidə Şurasının sədri Həsən Həsənov iclası giriş sözü ilə açaraq gündəlik barədə məlumat verib:

2019-cu ilin II yarısı üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanının müzakirəsi və təsdiqi;
Fondun 22 iyul – Azərbaycan Milli Mətbuatının yaranmasının 144-cü ildönümü münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsi elanının müzakirəsi və təsdiqi.
Müşahidə Şurasının sədri Həsən Həsənov gündəlikdəki məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib.

İcraçı direktor 2019-cu ilin II yarısı üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqənin iyunun 4-dən 27-dək “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyası”nda əksini tapmış 19 istiqamət üzrə keçiriləcəyini bildirib. Vüqar Səfərli bildirib ki, ictimai-siyasi qəzetlərin 2019-cu ilin II rübündə qüvvədə olmuş qayda əsasında – 3 kateqoriya üzrə (gündəlik, günaşırı və həftəlik) maliyyələşdirilməsi təklif edilir.

İcraçı direktor bildirib ki, I kateqoriyaya əsasən, son 3 ildə müntəzəm nəşr olunan, tirajı 3000 nüsxədən, satış və abunəsinin cəmi 2000 nüsxədən, müsabiqə elan edilən günədək səhifələrinin sayı 16-dan (A3, B2 formatda) az olmayan gündəlik (həftədə 5 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlərin maliyyələşdirilməsi, onlara aylıq 20 min manat maliyyə yardımının ayrılması təklif olunur.

II kateqoriyaya əsasən, son 3 ildə müntəzəm nəşr olunan, tirajı 2500 nüsxədən, satış və abunəsinin cəmi 1500 nüsxədən, müsabiqə elan edilən günədək səhifələrinin sayı 16-dan (A3, B2 formatda) az olmayan, günaşırı (həftədə 3 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlərin maliyyələşdirilməsi, onlara aylıq 10 min manat maliyyə vəsaitinin ayrılması məqsədəuyğun sayılır.

Vüqar Səfərli qeyd edib ki, III kateqoriyaya əsasən, son 3 ildə müntəzəm nəşr olunan, tirajı 2500 nüsxədən, satış və abunəsinin cəmi 1500 nüsxədən, müsabiqə elan edilən günədək səhifələrinin sayı 24-dən (A3, B2 formatda) az olmayan həftəlik ictimai-siyasi qəzetlərin maliyyələşdirilməsi, onlara aylıq 5 min manat maliyyə vəsaitinin ayrılması təklif olunur.

Sonra məsələ ətrafında geniş müzakirələr aparılıb. Müşahidə Şurasının sədri Həsən Həsənov, üzvlərdən – Bəhruz Quliyev, İntiqam Hümbətov, Ayaz Mirzəyev, Rasim Həsənov və Əvəz Rüstəmov KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı irəli sürülən təklifi qənaətbəxş qiymətləndiriblər. Müsabiqə elanı səsə qoyularaq yekdilliklə qəbul edilib.

Gündəlikdəki ikinci məsələ barədə məlumat verən Vüqar Səfərli bildirib ki, Fondun 22 iyul – Azərbaycan Milli Mətbuatının yaranmasının 144-cü ildönümü münasibətilə elan edəcəyi ənənəvi fərdi jurnalist yazıları müsabiqəsinin 2019-cu il iyunun 4-dən iyulun 12-dək 19 istiqamət üzrə keçirilməsi təklif olunur. Vüqar Səfərli müsabiqənin şərtlərinə əsasən I yerin qalibi üçün 500, II yerlər üçün 400, III yerlər üçün 300 manat mükafatın nəzərdə tutulduğunu vurğulayıb.

Müşahidə Şurasının üzvləri müzakirələr zamanı Fondun keçirdiyi fərdi jurnalist yazıları müsabiqələrinin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, yaradıcı əməyinin stimullaşdırılması və sosial vəziyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyətini diqqətə çəkiblər. Daha sonra müsabiqənin elanı səsə qoyularaq yekdilliklə təsdiq edilib.turkustan.info


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar