Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

78 yaşlı diktor radioda veriliş aparacaq

Tarix: 26-05-2019 20:57     Baxış: 3207 A- / A+
78 yaşlı diktor radioda veriliş aparacaq


Bu gün Azərbaycan Respublikasının Xalq artisti, tanınmış televiziya diktor Ofeliya Sənaninin doğum günüdür. Onun 78 yaşı tamam olur.

Ofeliya Sənani Azərbaycan Dövlət Universitetini bitirib (1966). Məşhur diktor Gültəkin Cabbarlının yetirməsidir. 1959-1975-illərdə radioda işləyib, bir sıra radio tamaşalarında baş rollarda çıxış edib. 1975-ci ildən bu yaxınlaradək Azrbaycan Dövlət Televiziyasında diktor işləyib. 1960-1990-cı illərdə eyni zamanda "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində işləyib, 100-dən artıq filmin baş qəhrəmanını səsləndirib. Ofelya Sənani həmçinin bir sıra kinofilmdə çəkilib.


Manevr.az
-ın məlumatına görə, modern.az saytı Xalq artistinin ad günündə onunla əlaqə yaradıb. Ofeliya xanım bildirib ki, səhhətində müəyyən problemlər olsa da, əhvalı yüksəkdir:

"Şükürlər olsun hər şeyə. Səhhətim bir qədər mənə narahatlıq versə də, əhvalım pis deyil. Doğum günümü evdə ailə üzvlərimlə birgə keçirirəm. Dəbdəbədən kənar insanam. Yaxşı dostlar, tanışlar təbrik etməkdə davam edirlər”.

Ofeliya Sənani bu yaxınlarda AzTV-nin sədr səlahiyyətlərini icra edən Rövşən Məmmədovun köhnə diktorları televiziyaya dəvət etməsindən də danışıb:

"AzTV-nin yeni sədri çox mədəni və diqqətli gəncdir. Hər bir insanla ayrı-ayrılıqda həmsöhbət olub, onları dinləməyi bacarır. Hamımızı səmimi qarşıladı. Hətta hər birimizi işə də dəvət etdi və dedi ki, "gecikirsiz, gəlin işləyin”. Ancaq bu yaşdan sonra televiziyada hansısa verilişi apara bilmərəm. Təzyiqim 210-dan aşağı düşmür. Efir işıqları gözümə narahatlıq verir”.

Tanınmış diktor Azərbaycan Dövlət Radiosunda işə başlayacağı barədə də söz açıb:

"Hazırda üzü yaya doğru gedirik. Yay ayları istirahət aylarıdır. Payız mövsümündən Dövlət Radiosunda çalışmağa başlayacam. Radio da mənə doğma məkandır. Köhnə diktorları uzun illərdən sonra AzTV-yə topladığına görə Rövşən Məmmədova təşəkkür edirəm”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar