Sizin Reklam Burada
Xəbər lenti
22-05-2026
21-05-2026
BÜTÜN XƏBƏRLƏR

Mətbuat Şurası xəbər saytlarına qarşı şikayətləri araşdırdı

Tarix: 17-05-2019 18:11     Baxış: 3246 A- / A+
Mətbuat Şurası xəbər saytlarına qarşı şikayətləri araşdırdı


Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.

Manevr.az xəbər verir ki, toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.

Komissiya ilk olaraq Bakı şəhər sakini, kiçik sahibkar Nurtəkin Məmmədovanın "Baku.WS” Xəbər Portalına qarşı şikayətini araşdırıb. Şikayətçinin sayt barədə iradları və bu iradların qarşılığı olaraq irəli sürdüyü tələblər uyğunsuz sayılıb. Məsələ baxılmamış saxlanılıb.

İclasda Bakı şəhər sakini Cavanşir Rüstəmovun "Milletinsesi.info”, "Teref.az” və "Teref.info” saytlarına qarşı şikayəti də araşdırılıb. Tərəflər şikayət doğuran məqamların aradan qaldırılması üçün razılığa gəliblər.

Müzakirə edilən növbəti məsələ Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Ramiz Quliyevin "Milliyol.az” və "Bizimxeber.az” saytlarına qarşı şikayəti olub. Şikayət doğuran məqamların aradan qaldırılması üçün razılığa gəlinib.

Ağdaş rayon sakini, fərdi sahibkar Məhəmməd Əliyevin "Media-Press.org” saytı barədə şikayətində ciddi ittihamlar yer aldığından və sayt təmsilçisi hərəkətləri barədə arqumentlər təqdim etmədiyindən, məsələ geniş araşdırılmaq üçün MŞ-nin "Reket jurnaistika”ya qarşı mübarizə Komissiyasına yönləndirilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar